Xəbər bülleteni №10


Daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib (Siyahı)



Yüklə 3,88 Mb.
səhifə42/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   38   39   40   41   42   43   44   45   ...   87

Daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib (Siyahı)


06.10.2015

Tarif (qiymət) Şurasının oktyabrın 5-də keçirilmiş iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib (Cədvəl). Economy.gov.az-ın məlumatına görə, əvvəlki qərarlarla qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti oktyabrın 6-dan, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə dekabrın 1-dən qüvvəyə minəcək.

Ümumilikdə indiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.

Şuranın qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən həmin qrupa aid olan dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Rəsmi məlumata görə, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilib və oktyabr ayının 20-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyənləşdirilib.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin