09.10.2015
2015-ci ilin sülh üzrə Nobel mükafatı Tunis Milli Dialoq Kvartetinə verilib.
İsveç Akademiyası kvarteti bu mükafata 2011-ci ildə “yasəmən inqilabı”ndan sonra Tunisdə demokratiyanın qurulmasına verdiyi mühüm töhfəyə görə layiq görüb.
Novator.az xəbər verir ki, kvartetdə (dördlükdə) Tunisin dörd ictimai təşkilatı təmsil olunur: Tunis İşəgötürənlər İttifaqı (rəhbəri xanım Vided Buşməvi), Əmək İttifaqı (rəhbəri Hüseyn Abbasi), İnsan Hüquqları Liqası (rəhbəri Əbdüsəttar bin Musa), Milli Vəkillər Kollegiyası (rəhbəri Məhəmməd Fəthi Mahmud).
23 il Tunis prezidenti olmuş Zeynalabdin Ben Əli 2011-ci il yanvarın 14-də xalq üsyanı ilə hakimiyyətdən uzaqlaşdırılıb. Həmin olaylar Tunis tarixinə “yasəmən inqilabı” kimi düşüb.
1240 oldular
09.10.2015
Oktyabrın 9-dək 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov deyib.
APA-nın məlumatına görə, 275 nəfərin namizədliyini 15 partiya, 19 nəfərin namizədliyini “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyini təşəbbüs qrupu verib. 944 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Məzahir Pənahov indiyə qədər ölkə üzrə 12 minə qədər müşahidəçinin qeydə alındığını, 166 müşahidəçinin isə MSK-da qeydiyyatdan keçdiyini bildirib.
Parlament seçkisinin təşviqat mərhələsi oktyabrın 31-i səhər saat 8-ə qədər aparılacaq. Seçki noyabrın 1-də 125 dairənin 5386 məntəqəsində keçiriləcək. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 5 milyon 93 min 289 seçici qeydə alıb.
Dostları ilə paylaş: |