Xəbər bülleteni №10


ANS-ə 54 min manat cərimə kəsildi, bir veriliş isə 10 gün müddətinə qapadıldı



Yüklə 3,88 Mb.
səhifə41/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   37   38   39   40   41   42   43   44   ...   87

ANS-ə 54 min manat cərimə kəsildi, bir veriliş isə 10 gün müddətinə qapadıldı


05.10.2015

Oktyabrın 5-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Novator.az MTRŞ-nin rəsmi saytına istinadla xəbər verir ki, iclasda ANS televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozması faktı üzrə inzibati xətalara baxılıb.

“Reklam haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə əsaslanan MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni”, “Salam Azərbaycan”, “Şokolad” verilişlərində sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar ümumilikdə 54 min manat məbləğində cərimə cəzası barədə qərar qəbul edib.

“Salam Azərbaycan” proqramında şəxslərin konstitusiya ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu bəyan edən şura verilişin yayımının 6 oktyabr 2015-ci ildən 10 gün müddətinə dayandırılması barədə qərar çıxarıb.

Sentyabrın 30-da da Milli Televiziya və Radio Şurasının iclası keçirilmiş, ANS televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozması faktı üzrə inzibati icraata baxılmışdı. Rəsmi məlumata görə, ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının 5 oktyabr 2015-ci ildən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Qərar həmin proqramlarda saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna çevrilməsi, insanların həyatı üzərində şou yaradılması, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilməməsi, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması və başqa məsələlərlə əsaslandırılıb.


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin