Xəbər bülleteni №10


Qubad İbadoğlu yumşaq devalvasiya gözləyir



Yüklə 3,88 Mb.
səhifə49/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   45   46   47   48   49   50   51   52   ...   87

Qubad İbadoğlu yumşaq devalvasiya gözləyir


06.10.2015

İqtisadçı ekspert Qubad İbadoğlu maliyyə naziri Samir Şərifovun ANS-ə müsahibəsinə münasibət bildirib. Transparency.az-a danışan ekspert deyib ki, görünür, devalvasiya məsələsinə münasibətdə hökumət dairələrində fərqli yanaşmalar mövcuddur: “Mərkəzi Bank valyuta bazarına inzibati yolla birbaşa müdaxilə, manatın sabitliyinin qorunmasına yönələn siyasətin tərəfdarıdır. Maliyyə Nazirliyi isə hətta qısa və orta müddətli dövrdə tədiyyə balansının müsbət saldosuna əmin olmadığından müxtəlif mübadilə rejimləri üzərində qurulan digər alternativlərdən, o sıradan da “üzən” rejimdən bəhs edir. Nazir bu alternativin də nəzərdən keçirildiyini istisna etməyib. Bu isə istənilən halda yumşaq devalvasiyanın olacagını təsbit edir”.

Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev ötən həftə APA-Economics-ə deyib ki, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur: “Bizim tədiyyə balansı tarazlı vəziyyətdədir. Bu baxımdan manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas olduğunu düşünmürük. Valyuta bazarında tam tarazlıq var, tələbat stabilləşib, təklif kanallarında da stabilləşmə var”.

Maliyyə naziri Samir Şərifov isə ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində qeyd edib ki, hazırda tədiyyə balansında o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində böyük risklər gözlənilmir: “Lakin bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir. Heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit qalacaq”.

Manatın kursunun sərbəst buraxılmasının mümkün olub-olmadığı haqda sualı cavablandıran nazir deyib ki, devalvasiya büdcə-fiskal siyasəti baxımından çox təsiredici alətdir: “Amma bunun mənfi tərəfləri də var. Bu proses inflyasiya səviyyəsini artıra bilər ki, bu da əhali üçün əlverişli deyil. Ona görə heç bir dövlət devalvasiyanı arzu olunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu.

Bunun digər mənfi fəsadı isə dövlətin xidmət etdiyi xarici borcdur. Bizim xarici borcumuz xarici valyutada ifadə olunur. Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın ucuzlaşmasının bir nəticəsidir.

Bəzi sahibkarlar ölkə daxilində xarici valyutada borc alıblar, onların gəliri manatda ifadə olunursa, şübhəsiz ki, əlavə xərcləri əmələ gəlir.

Devalvasiya idxal olunan məhsulların qiymətinə mənfi təsir göstərir, ona görə ki, bizim idxalımız xarici valyuta ilə ödənilir.

Amma devalvasiyanın müsbət tərəfləri də var. Bizim ölkə daxilində istehsal olunan məhsullar daha ucuz əmələ gəlir, bununla əlaqədar bizim milli istehsalçılarımızın rəqabət qabiliyyəti xeyli artır. Bununla da biz daxili bazarımız qoruyuruq. Digər tərəfdən daxili istehsal üçün ölkədə müəyyən stimullar yaranır”.

Bu ilin fevralınadək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin