Xəbər bülleteni №10


FİFA və UEFA prezidentləri futboldan kənar edildi



Yüklə 3,88 Mb.
səhifə75/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   71   72   73   74   75   76   77   78   ...   87

FİFA və UEFA prezidentləri futboldan kənar edildi


08.10.2015


Beynəlxalq futbol təşkilatı FİFA-nın prezidenti Yozef Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Mişel Platini və FİFA baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Qərar oktyabrın 8-dən qüvvəyə minir və üç ay sonra 45 gündən çox olmamaqla uzadıla bilər.

Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.

Transparency.az xatırladır ki, bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.

Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas namizədlərdən biri Platinidir.

Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.

Milyarder Con Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.

Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.

2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin