01.10.2015
Azərbaycanda enerji sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətləri açıqlanıb. Energetika Nazirliyindən Transparency.az-a verilən məlumata görə, bu tədbirlər planı var:
1.Energetika sektorunun 25-30 illik inkişaf strategiyasının hazırlanması;
2. Enerji resurslarından səmərəli istifadə, son tələbatçının enerji effektivliyi və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik dövlət proqramının hazırlanması;
3. Energetika sektorunun inkişafı üzrə 5 illik dövlət proqramının hazırlanması;
4. Elektrik enerjisi üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;
5. Təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;
6. Daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən müstəqil tənzimləyici orqan haqqında qanun layihəsinin hazırlanması;
7. Elektrik enerjisi üzrə Şəbəkə Məcəlləsinin hazırlanması;
8. Təbii qaz üzrə Şəbəkə Məcəlləsinin hazırlanması;
9.Elektrik enerjisi və təbii qaz sistemlərinin (“Azərenerji” ASC, ”Azərişıq” ASC, “Azəriqaz” İB) strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması;
10. Son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan elastiki tariflər sisteminin yaradılması.
Dostları ilə paylaş: |