02.10.2015
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. Rəsmi məlumatda deyilir ki, vergilər nazirinin 1 oktyabr 2015-ci il əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilib. Həmin qurum Bakı Vergilər Departamentinə birləşdirilib, departamentin tərkibində Xüsusi Rejimli Vergi Xidməti İdarəsi yaradılıb.
Qərarın vergi nəzarəti funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıdığı bəyan olunub.
Dostları ilə paylaş: |