Xəbər bülleteni №10


Mərkəzi Bankın sədri: “Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb”



Yüklə 3,88 Mb.
səhifə79/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

Mərkəzi Bankın sədri: “Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb”


09.10.2015

Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 8-i Bakıda “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Cbar.az-ın məlumatına görə, görüşdə “MasterCard Worldwide” ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları və ölkədə nağdsız ödənişlərin inkişafı üzrə strateji istiqamətləri müzakirə edilib.

Elman Rüstəmov Mərkəzi Bankın ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirdiyini qeyd edib. O deyib ki, 2015-ci ildə kompleks tədbirləri özündə əks etdirən dövlət proqramı layihəsi beynəlxalq təcrübə əsasında hazırlanaraq hökumətə təqdim olunub: “Ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin və ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədi ilə “Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb”.

Xavier Perez nağdsız ödənişlərin inkişafının “MasterCard” təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək Mərkəzi Bankla bu sahədə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. O, Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd edib, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdikcə artacağına əmin olduğunu deyib. Ölkədə nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edən Xavier Perez Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

Görüşdə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin