Paytaxtın bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib
19.10.2015
Oktyabrın 19-dan Bakıda bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əvvəllər Rəsulzadə qəsəbəsindən “28 May” metro stansiyasınadək hərəkət edən 79 saylı marşrut avtobusunun yolu qısaldılıb. İndi “79” Rəsulzadə qəsəbəsindən “20 Yanvar” metro stansiyasınadək gedir.
207 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb və əvəzinə 193 saylı marşrut xətti təşkil edilib. 193 saylı marşrut avtobusu avtovağzaldan yol çıxıb “Binə” ticarət mərkəzində mənzil başına çatır.
9-cu mikrorayondan şəhərin mərkəzinə gedən 85 saylı marşrut avtobusunun son dayanacağı “Cəfər Cabbarlı“ metro stansiyası olub.
İlk dayanacağı Hidayətzadə küçəsi olan 24 saylı marşrut avtobusu indi yola “Nəriman Nərimanov” metro stansiyasından çıxır, “Azadlıq” metro stansiyasına kimi hərəkət edir.
30 və 49 saylı marşrut avtobuslarının ilk dayanacağı “28 May” metro stansiyasından “Xətai” metro stansiyasına keçirilib.
Dostları ilə paylaş: |