Xəbər bülleteni №11


Maddə 309. Vəzifə səlahiyyətlərini aşma



Yüklə 5,79 Mb.
səhifə87/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   79   80   81   82   83   84   85   86   87
Maddə 309. Vəzifə səlahiyyətlərini aşma 

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yunusların işi uzandı

20.10.2015

Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barədə hökmlərdən verilən şikayət üzrə qərar çıxarıb. Oktyabrın 20-də hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Leyla Yunusun vəkili Elçin Sadıqov cinayət işinin protokollarında şahidlərin ifadələrinin təhrif olunduğunu bildirib. Məhkəmə həmin məsələni araşdırmaq üçün cinayət işinin materiallarını Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarmaq qərarı verib. APA-nın məlumatına görə, apellyasiya prosesi təxirə salınıb. Hakimlər bildirib ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin protokolları ilə bağlı məsələ araşdırıldıqdan sonra davam etdiriləcək.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.



İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olublar, vergidən yayınıblar. Leyla Yunusun fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat vermədiyi vurğulanır. Qeyd olunur ki, Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-nü qeydiyyatdan keçirib.
Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin