Dövlət Miqrasiya Xidməti 9 aya yekun vurub
19.10.2015
Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Rəsmi məlumata görə, müşavirdə hesabat dövrü ərzində 541 047 nəfər əcnəbinin olduğu yer üzrə qeydiyyata alındığı açıqlanıb. Qeyd olunub ki, 9 ayda Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan 76 553 şəxs müraciət edib.
Hesabata əsasən, yanvar-sentyabr aylarında 20 589 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarını pozması aşkara çıxarılıb. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarəti zamanı isə 123 inzibati pozuntu qeydə alınıb.
Dostları ilə paylaş: |