Xəbər bülleteni № 11
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Oktyabr 2015
12.10.2015
-ci ilin 9 ayı ərzində vergi orqanlarına 66 708 müraciət daxil olub. Onların 96,5%-i ərizə, 3,4%-i şikayət, 0,1%-i təklifdir.
Taxes.gov.az-ın məlumatına görə, müraciətlərin 39%-i kameral vergi yoxlamaları, 31,8%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 2,3%-i vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 15,1%-i isə digər məsələlərlə bağlı olub. Rəsmi hesabatda deyilir ki, müraciətlərin 70%-i müsbət həll olunub, 23,1%-i üzrə müvafiq izahatlar verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 1,8%-i icradadır.
2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilib.
Hesabat dövründə vergilər naziri Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbullarını keçirib.
Dostları ilə paylaş: |