Vergi borcu olan iki nəfərə inzibati həbs cəzası verilib
12.10.2015
Vergi borcunu vaxtında ödəməyən iki nəfər tutulub. Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr qərarı ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün inzibati həbs cəzası alıb. Vergilər Nazirliyindən Transparency.az-a verilən məlumata görə, məhkəməyə Vergi Borclarının Məcburi Alınması İdarəsi ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçirdiyi birgə tədbirlər çərçivəsində müraciət olunub.
Məlumatda nazirliyin müraciəti də yer alır: “Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır”.
Dostları ilə paylaş: |