Xəbər bülleteni №11


QHT Koalisiyasının problemləri prezidentlə müzakirə olunub



Yüklə 5,79 Mb.
səhifə3/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   87

Azərbaycanla İran arasında yeni razılaşmalar əldə olunub


12.10.2015


İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayev oktyabrın 9-u Azərbaycanın Astara şəhərində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Görüşdə Azərbaycan tərəfdən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, İran tərəfdən isə aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak edib.

Şahin Mustafayev deyib ki, prezident İlham Əliyevin 2014-cü ilin aprelində İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub, 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyasının iclası təşkil edilib.

Nazir bu görüşdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması olduğunu qeyd edib: “Hazırda Azərbaycan və İran arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Bu nəqliyyat dəhlizi həmçinin Azərbaycan və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Economy.gov.az-ın məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə işçi qrupların yaradılması barədə razılığa gəlinib. Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə tikintisini, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur. Görüşdə həmçinin, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması, eləcə də Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsi barədə razılıq əldə olunub.

Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü oktyabrın 10-u İranın Astara şəhərində davam etdirilib. Görüşün sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyası çərçivəsində Şimal-Cənub dəmir yolu bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanıb.


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin