Xəbər bülleteni №16


Parlament Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı yeni qaydaya səs verdi



Yüklə 4,84 Mb.
səhifə14/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Parlament Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı yeni qaydaya səs verdi


04.12.2015

pasport 1Parlamentin 4 dekabr iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilib. Transparency.az xəbər verir ki, qanunun 18-ci maddəsinə 3-1-ci və 3-2-ci bəndlər əlavə olunub.

Yeniliyə əsasən, vətəndaşın terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.


Dini ayinlər, mərasimlər və atributlara dair tələblər sərtləşdi


04.12.2015

mescid 1
Milli Məclis dekabrın 4-də “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər layihəsinə səs verib. Transparency.az-ın məlumatına görə, qanunun 21-ci maddəsi “Dini ayinlər, mərasimlər və atributlar” adı alır və onun üçüncü hissəsi yenilənir. Dəyişikliyə görə, islam dininə aid ayin və mərasimləri yalnız Azərbaycan Respublikasının vətəndaşları apara bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

Başqa bir yeniliyə əsasən, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, islam dininə aid ayin və mərasimləri xaricdə dini təhsil almış Azərbaycan vətəndaşının aparması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin dini təbliğat aparmasına bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Həmin əməllərin təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Şagirdlərə yeni cəza müəyyənləşdi, polis əlavə səlahiyyət aldı


04.12.2015

mm 1Parlamentin 4 dekabr iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. Transparency.az xəbər verir ki, məcəlləyə 51.1-1-ci maddə əlavə olunub. Yeniliyə əsasən, şagirdin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün bir ay ərzində 7 gündən çox buraxması yüz manat miqdarında cəriməyə gətirəcək.

Milli Məclis “Polis haqqında” qanunda da dəyişikliyə səs verib. Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edəcək.


142-yə müraciətlər 16 faiz azalıb


04.12.2015

142_cagri_merkeziƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi”nə müraciətlərin sayı ötən ay 16 faiz azalıb. Transparency.az nazirliyin rəsmi məlumatına istinadla bildirir ki, noyabr ayında “Çağrı mərkəzi”nə 9099 müraciət edilib, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 16% (1742 müraciət) azdır.

O cümlədən müraciətlərin sayı sosial təminat məsələləri üzrə 9,9% azalaraq 3671-ə, əmək qanunvericiliyi ilə əlaqədar 19,5% azalaraq 1972-yə, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə 17,7% azalaraq 995-ə, məşğulluq məsələləri ilə əlaqədar isə 6,2% azalaraq 828-ə enib.

Ötən ay “Çağrı mərkəzi”nə nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı 1633  müraciət daxil olub.

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edildi


04.12.2015

mixail saakashvili 1Dekabrın 4-də Gürcüstan prezidenti Georgi Margvelaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi haqda sərəncam imzalayıb.

Novator.az xəbər verir ki, sərəncamda əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi faktoru göstərilib.

2015-ci ilin mayında Saakaşvili Ukrayna vətəndaşlığını alıb və hazırda Odessa vilayətinin qubernatorudur.

Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi proseduruna hökumət noyabr ayından başlamışdı.

2004-2013-cü illərdə Gürcüstanın prezident olmuş Saakaşvili 2013-cü ildə vətənini tərk edib və həmin vaxtdan Gürcüstana gəlməyib. Ölkəsində onun haqda cinayət işi başlanıb və sabiq prezident beynəlxalq axtarışa verilib.

Rusiyanın neftdən gəliri iki dəfəyə yaxın azalıb


04.12.2015

neft2015-ci ilin yanvar-oktyabr aylarında Rusiyanın neft ixracından gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 dəfə azalaraq 76 milyard 738 milyon dollar olub.

Novator.az xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2014-cü ildə ölkənin neft ixracından gəliri 153 milyard 878 milyon dollar həcmində qərarlaşıb. Bu, 2013-cü illə müqayisədə 11,3% azdır.

Məlumata görə, bu ilin əvvəlindən Rusiya 201,24 milyon ton neft ixrac edib, bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7,63% çoxdur.


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin