Xəbər bülleteni №17


Xəzər Universitetində tələbə və məzunlara 345 boş iş yeri təklif olunub



Yüklə 2,98 Mb.
səhifə3/21
tarix14.01.2017
ölçüsü2,98 Mb.
#5605
1   2   3   4   5   6   7   8   9   ...   21

Xəzər Universitetində tələbə və məzunlara 345 boş iş yeri təklif olunub


11.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib. Transparency.az-a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisənin 345 boş (vakant) iş yeri də təqdim olunub.

Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.

Bu il 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzundan özləri barədə şəxsi məlumatlar (CV-lər) alınıb.



yarmarka

Tibb və əczaçılıq fəaliyyəti: sertifikasiya qaydası dəyişir


11.12.2015

tibbPraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası dəyişir. Nazirlər Kabinetinin 1 dekabr qərarına əsasən, 2016-cı ilin yanvar ayından sertifikasiya imtahanı bir mərhələdə keçiriləcək. Müsahibə mərhələsi ləğv olunur.

Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, sertifikasiya imtahanının sualları iki hissəyə bölünür: 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq.

İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur. Klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən tapşırıqlardan ibarət olur və sual vərəqəsində qeyd edilir.

İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunacaq.


İş adamının cəzası dəyişmədi


11.12.2015

abdulla abdullayevBakı Apellyasiya Məhkəməsində iş adamı Abdulla Abdullayevin şikayəti üzrə proses dekabrın 11-də başa çatıb. APA-nın məlumatına görə, prosesdə qərar elan edilib, əvvəlki hökm qüvvədə saxlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 7-də Abdulla Abdullayevi 13 il müddətinə azadlıqdan məhrum edib. Hökmdə “AMAY” MMC-nin faktiki rəhbəri kimi göstərilən Abdulla Abdullayev başqaları ilə birlikdə 2006-2008-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti “AMAY”ın Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilinib. İş Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılıb.

Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub.

2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydalar tətbiq olunacaq


11.12.2015

mn toplanti
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi dekabrın 11-i Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirib. Mod.gov.az-ın məlumatına görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev deyib ki, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Toplantıda il ərzində əsas komanda qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkilib. Bildirilib ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artırılacaq.

Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Vergilər Nazirliyinə vətəndaş müraciətlərinin 61,3%-i müsbət həll edilib


11.12.2015

vn - yeni 01Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətləri haqqında hesabat açıqlanıb. Transparency.az bildirir ki, 2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur. Daxil olmuş müraciətlərdən 95,5%-i ərizə, 4,3%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 34,3%-i müxtəlif arayışların alınması, 33,9%-i kameral vergi yoxlamaları, 7%-i vergi borcları, 2,6%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti tədbirləri, 0,6%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 61,3%-i müsbət həll edilib.

Maliyyə naziri gələn ilin əsas vəzifələrini açıqlayıb


11.12.2015

samir sherifov 1
Dekabrın 11-i Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin və tabe qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov deyib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb: “Növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir”.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil olunub.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiya sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Xəbəri Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin