Xəbər bülleteni №17


Hökumətin elektron hökumət siyahısına 75 faiz əməl olunub



Yüklə 2,98 Mb.
səhifə8/21
tarix14.01.2017
ölçüsü2,98 Mb.
#5605
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Hökumətin elektron hökumət siyahısına 75 faiz əməl olunub


15.12.2015

nk
Dekabrın 1-nə olan statistikaya əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” portalına (2012-ci ilin aprel ayında istifadəyə verilib) inteqrasiya olunub. Bu, siyahıdakı xidmətlərin 75 faizidir. Transparency.az xəbər verir ki, statistik göstəricini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açıqlayıb.

Elektron xidmət növlərinin siyahısını Nazirlər Kabineti 24 noyabr 2011-ci ildə təsdiq edib (Siyahı).


Azərbaycan nefti 63 sent ucuzlaşıb


15.12.2015

neft (3)AZƏRTAC-ın 15 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli dünya bazarında 63 sent ucuzlaşaraq 38,27 dollara düşüb.

Xəbərdə qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,03 dollar bahalaşaraq 37,47 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 38,01 dollara satılır.


Azərbaycan nefti 63 sent ucuzlaşıb


15.12.2015

neft (3)AZƏRTAC-ın 15 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli dünya bazarında 63 sent ucuzlaşaraq 38,27 dollara düşüb.

Xəbərdə qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,03 dollar bahalaşaraq 37,47 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 38,01 dollara satılır.


Dövlət Sərhəd Xidməti noyabr ayına dair statistika açıqlayıb


15.12.2015

dsxDövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi noyabr ayına dair statistika açıqlayıb. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, ay ərzində dövlət sərhədini pozan 40 nəfər saxlanıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən 1 nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 17 nəfər, Xəzər dənizində 50 nəfər saxlanıb.

Azərbaycan hüquq mühafizə orqanlarının axtardığı 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal saxlanıb.


Rusiyada separatizmə dəstək pasportları qüvvəyə mindi


15.12.2015

pasportRusiya vətəndaşlarının separatçı qurumların nəzarəti altında olan ərazilərə rahat gedib-gəlməsi, separatizmdən əziyyət çəkən dövlətlərin belə səyahətlərdən xəbər tutmaması üçün hazırlanmış qanun qüvvəyə minib.

Söhbət Rusiya vətəndaşlarının eyni vaxtda iki xarici pasport almasına imkan verən qanundan gedir.

Novator.az xəbər verir ki, dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin bu qanunu imzalayıb. Qanun Rusiyaya giriş-çıxış qaydalarına dəyişiklər haqqındadır. Putindən qabaq Rusiyanın Federasiya Şurası və Dövlət Duması dəyişikləri qəbul edib təsdiqləmişdi.

Dəyişiklərdə yeganə məqsəd rusiyalıların beynəlxalq aləmdə tanınmamış işğalçı qurumların nəzarəti altında olan ərazilərə gediş-gəlişini asanlaşdırmaq, işğala məruz qalan dövlətlərin isə belə səyahətlərdən xəbər tutmasını çətinləşdirməkdir. Hələ qanun hazırlananda onun müəllifləri bildirirdilər ki, Rusiya vətəndaşı hansısa dövlətdən ayrıldığını elan etmiş bir əraziyə gedəndə sonra həmin dövlətdən viza ala bilmir. Çünki onun pasportunda tanınmamış qurumun nəzarəti (işğalı) altındakı əraziyə səyahət etdiyi barədə qeyd olur. Ona görə də Rusiyada vətəndaşlara iki pasport almağa icazə verən qanun ortaya atılıb. Bu o deməkdir ki, Rusiya vətəndaşı, məsələn, Bakıya bir pasportla, işğal altındakı Xankəndinə isə başqa pasportla gedə biləcək. Azərbaycanın işğal altında olmayan ərazilərinə gəlib-gedəndə istifadə etdiyi pasportunda onun işğal altındakı ərazilərimizə də gedib-gəldiyi barədə qeydlər görünməyəcək.

Qanuna görə, ikinci pasport Rusiya vətəndaşlarına 10 il müddətinə veriləcək və bu pasport daha müasir, elektron informasiya daşıyıcılarına malik bir pasport olacaq.

Azərbaycanın təhlükəsizlik orqanı nə qədər ad dəyişib?


15.12.2015

mtnDekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Transparency.az Azərbaycanın təhlükəsizlik orqanının tarixi ərzində neçə ad dəyişikliyi olduğuna nəzər salıb.

1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.

1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib:

Dövlət Siyasi İdarəsi

Birləşmiş Dövlət Siyasi İdarəsi

Xalq Daxili İşlər Komissarlığı

Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı

Dövlət Təhlükəsizlik Nazirliyi

Daxili İşlər Nazirliyi.

SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.

2015-ci il dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda verilən qərar faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi adında xüsusi xidmət orqanının tarixə qovuşması deməkdir.

Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri:

Məmmədbağır Şeyxzamanlı: 1919

Nağı Şeyxzamanlı: 1919-1920

Semyon Pankratov: 1920

Baba Əliyev: 1920

Eyyub Xanbudaqov: 1920-1921

Mircəfər Bağırov: 1921-1927

Novruz Rizayev: 1927-1929

Mircəfər Bağırov: 1929-1930

Mixail Frinovski: 1930-1933

Aleksey Aqrba: 1933-1934

Yuvelian Sumbatov (Topuridze): 1934-1938

Mixail (Yakov) Rayev-Kaminski: 1938

Stepan Yemelyanov: 1939-1953

Anatoli Quskov: 1953-1956

Fyodor Kopılov: 1956-1959

Aleksandr Kardaşov: 1959-1963

Semyon Sviqun: 1963-1967

Heydər Əliyev: 1967-1969

Vitali Krasilnikov: 1969-1980

Ziya Yusifzadə: 1980-1988

İvan Qorelovski: 1988-1989

Vaqif Hüseynov: 1989-1991

İlhüseyn Hüseynov: 1991-1992

Fəxrəddin Təhməzov: 1992-1993

Nəriman İmranov: 1993-1994

Namiq Abbasov: 1994-2004

Eldar Mahmudov: 2004-2015.

2015-ci il dekabrın 14-də Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.


Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin