Xəbər bülleteni №17


Rusiyada minimum əməkhaqqı artdı



Yüklə 2,98 Mb.
səhifə10/21
tarix14.01.2017
ölçüsü2,98 Mb.
#5605
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Rusiyada minimum əməkhaqqı artdı


15.12.2015

rubl_rosDekabrın 15-də Rusiya prezidenti Vladimir Putin minimum əməkhaqqı məbləğinin artırılması haqda qanun imzalayıb.

Novator.az xəbər verir ki, 2016-ci ilin yanvarından Rusiyada minimum əməkhaqqının məbləği 4% artaraq 6 min 204 rubl (89 ABŞ dolları) olacaq. Hazırda Rusiyada aylıq minimum əməkhaqqı 5 min 965 rubldur (85 dollar).

Minimum əməkhaqqı məbləğinin artımı 700 min işçiyə şamil ediləcək. Onlardan 43 faizi dövlət və bələdiyyə müəssislərində, 57 faizi real iqtisadi sektorda çalışır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tövsiyə yaydı


15.12.2015

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara bildirilir ki, bu il mayın 29-da “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilərək “xarici ölkələrdə” sözləri “xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri ilə əvəz edilib: “Qanunda dəyişikliyə uyğun olaraq bundan sonra xarici ölkələrdə təhsil alan çağırışçılara möhlət hüququ yalnız siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi xarici ölkələrin təhsil müəssisələrinə qəbul olunan vətəndaşlara veriləcək”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara ali təhsil müəssisəsi seçərkən 2016-cı ildə Nazirlər Kabinetinin təsdiqləməsi gözlənən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını nəzərə almağı tövsiyə edir.

Azərbaycan məhbus jurnalistlərin sayına görə dünyada yeddinci ölkədir


15.12.2015

cpjMərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi dekabrın 15-i həbsdəki jurnalistlərlə bağlı hesabat yayıb (Hesabat).

Hesabata görə, hazırda dünyada 199 jurnalist həbsdədir.

Həbsdəki jurnalistlərin sayı baxımından Çin öndə gedir: 49 nəfər. Misir ikinci (23 nəfər), İran üçüncü (19 nəfər), Eritreya dördüncü (17 nəfər), Türkiyə beşinci (14 nəfər), Efiopiya altıncı (10 nəfər) yeri tutur.

Azərbaycan 8 jurnalist məhbusla siyahıda yeddinci pillədədir.

Səudiyyə Ərəbistanı və Suriyada 7, Vyetnamda 6, Bəhreyn, Banqladeş və Myanmada 5, Özbəkistan və Hindistanda 4  jurnalist həbsdədir.

Keçmiş SSRİ məkanından Qırğızıstan, Rusiya və Türkmənistanda 1 jurnalist həbsdədir.

Novator.az bildirir ki, 15 il bundan öncə dünyada 81 jurnalist həbsdə idi. 2005-ci ildə 125, 2015-cu ildə 145 jurnalist həbsdə olub. 2014-cü ildə həbsdə olan jurnalistlərin sayı 221 idi.

Siyahının Azərbaycanla bağlı bölümündə 8 məhbus jurnalistin adları belə sıralanıb: Nicat Əliyev, Hilal Məmmədov, Araz Quliyev, Tofiq Yaqublu, Pərviz Həşimli, Rauf Mirqədirov, Seymur Həzi, Xədicə İsmayıl.


BMT insan potensialının inkişafı məruzəsini dərc edib


15.12.2015

bmtBMT 2015-ci ildə insan potensialının inkişafı haqqında “İnsan inkişafı naminə əmək” adlı məruzə dərc edib. Məruzə müxtəlif ölkələrdə həyat səviyyəsi və sosial müdafiə dərəcəsi, əhalinin sağlamlığı, təhsil və mədəni inkişaf səviyyəsi göstəriciləri, cinayətkarlığın vəziyyəti, ətraf mühitin qorunması, qərarların qəbulunda insanların iştirakı meyarlarına əsaslanır.

Transparency.az xəbər verir ki, Azərbaycan insan inkişafının yüksək olduğu ölkələr qrupuna aid edilib və ümumi siyahıda 78-ci pilləni tutur.

Azərbaycana qonşu ölkələr onunla eyni qrupa salınıb. Gürcüstan insan inkişafının yüksək olduğu ölkə kimi 76-cı, Ermənistan 85-ci yerdədir. Keçmiş SSRİ məkanından Rusiya və Belarus 50-ci, Ukrayna 81-ci, Moldova 107-ci, Türkmənistan 109-cu, Özbəkistan 114-cü, Qırğızıstan 120-ci pillədədir.

Estoniya, Litva və Latviya daha yüksək insan inkişafına çatmış ölkələr qrupunda müvafiq olaraq 30, 37 və 46-cı yerləri tuturlar.

Ən yüksək insan inkişafına nail olmuş ölkələrin ilk beşliyində Norveç, Avstraliya, İsveçrə, Danimarka və Niderland qərar tutur.

44 ölkə insan inkişafının aşağı olduğu ölkələr qrupuna salınıb. Onların arasında sonuncu yerdə Niger dayanır.


Azərbaycanın qara siyahısında olan müğənni İspaniyada həbs cəzası aldı


15.12.2015

kabalyeBarselona Şəhər Məhkəməsi məşhur ispan müğənni Monserrat Kabalyeni 6 ay müddətinə həbs cəzasına məhkum edib. Novator.az xəbər verir ki, Kabalye dələduzluqda təqsirli bilinib.

İttihama görə, müğənni 2010-cu ildə vergi ödəməkdən yayınıb. Kabalyenin formal şəkildə Andorra sakini olması ona İspaniyada vergi ödəməmək imkanı yaradıb. Amma prokurorluq onun daim Barselonada yaşadığını və yalnız vergidən yayınmaq üçün Andorra sakini adı altında gizləndiyini müəyyən edib.

82 yaşlı Kabalye 254 min 231 avro cərimə ödəməli olacaq. Müğənni 6 ay ərzində dövlət yardımından da məhrum edilir. O, gecikmiş ödənişə görə 72 min avro faiz də verməlidir.

Özü məhkəmədə iştirak etməyən Kabalye video əlaqə vasitəsilə günahını etiraf edib. O, cərimə ödəməyə və həbs cəzasını çəkməyə razı olub.

Məlumat görə, Kabalye artıq İspaniya xəzinəsinə 508 min avro qaytarıb. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı üçün müğənninin həbs cəzasını şərti çəkəcəyi ehtimal olunur.

Kabalye 2013-cü ilin iyun və 2014-cü ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. 2013-cü ilin iyun ayında Xarici İşlər Nazirliyi onun adını Azərbaycan Respublikasında arzuolunmaz şəxslər siyahısına salıb.


Putin dövlət büdcəsini təsdiqlədi


15.12.2015

putin 1Rusiya prezidenti Vladimir Putin dekabrın 15-də 2016-cı ilin dövlət büdcəsini imzalayıb. Novator.az xəbər verir ki, sənəddə dövlət büdcəsinin gəlirləri 13,738 trilyon rubl, xərcləri 16,099 trilyon rubl göstərilir. Ümumi daxili məhsulun 3 faizi həcmində və ya 2,36 trilyon rubl büdcə kəsiri nəzərdə tutulur.

Büdcə tərtib olunarkən “Urals” markalı neftin bir barreli 50 dollardan götürülüb, inflyasiya həddi 6,4 faiz hesablanıb.

Xarici borcun maksimal həddi 55,1 milyard dollar proqnozlaşdırılır.

2016-cı ildə ümumi daxili məhsulun həcminin 78,673 trilyon rubl olacağı bildirilir.



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin