Xəbər bülleteni №18


Rusiyanın ehtiyatları bir həftədə 2 milyard 300 milyon dollar azalıb



Yüklə 6,14 Mb.
səhifə55/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   51   52   53   54   55   56   57   58   ...   115

Rusiyanın ehtiyatları bir həftədə 2 milyard 300 milyon dollar azalıb


24.12.2015


Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə — dekabrın 11-dən 18-nə qədər 2 milyard 300 milyon dollar azalaraq 368 milyard 900 milyon dollara düşüb. Novator.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı dekabrın 24-də belə məlumat yayıb.

Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bank və hökumətin sərəncamında olan yüksək xarici aktivlərdir.


“Şəffaflıq Azərbaycan” yeni müzakirə keçirib tövsiyələr təqdim etdi


24.12.2015

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi dekabrın 24-ü Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Qaz təchizatı prosesində istehlakçıların hüquqlarının, şəffaflığın qorunması və mövcud problemlərin həlli yolları” mövzusunda dəyirmi masa keçirib. Transparency.az bildirir ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə keçirilən tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə silsilə tədbirlərin davamıdır.

SOCAR, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Energetika nazirlikləri, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və digər dövlət orqanları əməkdaşlarının, kommunal sahə ilə əlaqədar müxtəlif qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanı açan “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva kommunal xidmətlər zamanı istehlakçıların qarşılaşdığı problemlərin əksəriyyətinin qaz təchizatı sahəsi ilə əlaqədar olduğunu söyləyib.

Tədbirdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın İstismarı Departamenti rəisinin müavini Mirəfqan Ağalarov təchizatçı qurum olaraq istehlakçılara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin və şəffaflığının artırılması, qaz təchizatı ilə əlaqədar bağlanan birtipli müqavilələrin sayının artırılması, smart-kart sayğaclarının quraşdırılması prosesinin sürətləndirilməsi və digər məsələlərlə bağlı görülən işlər və aparılan islahatlar barəsində məlumat verib.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı və “Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin hüquqşünası Venera Əsgərova təmsil etdikləri qurumlarda həyata keçirilən islahatlardan söz açıblar.

Kommunal sahələr üzrə ekspert Ələkbər Ağasıyev təchizat zamanı istehlakçıların hüquqlarının pozulması, eləcə də nəzarətçilərin qazın istifadə edilməsi üçün reallığa uyğun olmayan qeyri-qanuni borc hesablaması hallarının geniş şəkildə yayıldığını qeyd edib. Ekspert “Azəriqaz”ın müstəqil internet saytının olmaması, maarifləndirici vəsaitlərin azlığı kimi məsələlərə də toxunub.

“Şəffaflıq Azərbaycan” qaz təchizatı prosesində istehlakçıların hüquqlarının, şəffaflığın qorunması yönündə tövsiyələr paketini vətəndaş cəmiyyəti üzvlərinin verdiyi təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edib.



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin