Dollar üzüyuxarı gedir
25.12.2015
Dekabrın 25-də Azərbaycan manatı yenə ucuzlaşıb. Transparency.az bildirir ki, Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5540 manatadır. Avronun rəsmi kursu isə dekabrın 25-də 1,7043 manat həcmində qərar tutub (Məzənnələr).
Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb.
Bu ilin əvvəlinədək 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi.
Dostları ilə paylaş: |