Xəbər bülleteni №18


DSMF sədri pensiya islahatları planlarından danışıb



Yüklə 6,14 Mb.
səhifə40/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   36   37   38   39   40   41   42   43   ...   115

DSMF sədri pensiya islahatları planlarından danışıb


23.12.2015

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Yap.org.az saytına müsahibəsində pensiya islahatları planlarından danışıb. O deyib ki, Azərbaycanın sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyaların həlqəsi qurulub: “Bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Bu sistem qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır. Bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır.

Hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında ilk növbədə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının təyin olunan pensiya məbləğinə mütənasib olmasının gözlənilməsi çıxış edir.

Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə digər vacib istiqamət bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi məsələsidir.

Göstərilən vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcək.

Real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın digər əsas istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. Göstərilən köklü islahat tədbirlərinin reallaşdırılması məqsədilə müvafiq normativ hüquqi sənəd layihələrinin hazırlanması işi artıq yekunlaşdırılıb”.

DSMF sədri qeyd edib ki, yığım pensiya planı dövlətin tətbiq etmək istədiyi yeni bazar iqtisadiyyatı alətidir: “Ümumiyyətlə, hər bir institusional inkişaf alətinin tətbiqi üçün beynəlxalq təcrübədə iki yanaşma mövcuddur. Birincisi klassik yanaşmadır ki, bu, ənənəvi bazar iqtisadiyyatı ölkələrinə xasdır. Bu halda dövlət yalnız artıq mövcud olan alətin daha da inkişafı üçün əlverişli mühiti təmin edir və tərəfdaşlarla dialoqda bu inkişafı daha aktiv dəstəkləyir. Bazar iqtisadiyyatına keçid ölkələri üçün isə bunun əksi olan ikinci yanaşma xarakterikdir ki, burada dövlət fəaliyyət planını özü verir, eyni zamanda bu planın aktiv iştirakçısı kimi çıxış edir.

Ölkəmizdə iqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması üçün, təbii ki, ikinci yanaşma həlledici mövqeyini qoruyur. Qeyri-dövlət pensiya fondları ilə yanaşı dövlətin real yığım komponenti ilə məşğul olması məsələsinə daha çox yer ayrılır. Bu səbəbdən ölkədə yığım sığortasının tətbiqi və qeyri-dövlət pensiya fondları barədə qanunlar təklif olunur. Yəni məqsədləri və alətin tətbiqi üçün zəruri olan fəaliyyət planını dövlət təyin edir və bu planın bütövlükdə iqtisadiyyatda reallaşması üçün lokomotiv iştirakçı olma funksiyasını da öz üzərinə götürür. Bu baxımdan istər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı”, istərsə də “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası” ilə müəyyənləşdirilən mexanizm təkcə keçid ölkələrində sığorta-pensiya sistemləri üçün deyil, ümumilikdə bütün yeni inkişaf alətlərinin tətbiqi üçün nümunədir.

Məsələ bundadır ki, sistemin işləməsi üçün əsas məqsəd kompleks nəticəyə nail olmaqdır. Ayrı-ayrı iştirakçıların gözlədikləri nəticələr isə yalnız onların öz korporativ mövqeyini ifadə edir. Məsələn, real yığım planı ilə məşğul olacaq özəl fondlar və ya banklar ilk növbədə “uzun pullar” və likvidlik barədə düşünürlər. Sığorta ödəyicilərini isə daha yüksək dividendi əks etdirən pensiya məbləğləri maraqlandırır. Dövlətin məqsədi isə bütün tərəflərin gözlədikləri nəticələri kompleks reallaşdıracaq şəraiti yaratmaqdır. Birincisi, maliyyə bazarı iştirakçılarına davamlı likvidliyi qorumağa imkan verən iqtisadi mühit formalaşdırılmalı, ikincisi, idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticə olmalı, üçüncüsü, uzunmüddətli səmərə hesab olunan ölkənin pensiya sisteminin gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımı əldə edilməlidir”.


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin