Xəbər bülleteni №23


Yük və sərnişin daşımaları haqqında hesabat



Yüklə 464,64 Kb.
səhifə12/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Yük və sərnişin daşımaları haqqında hesabat


15.02.2016

neqliyyat 1
Dövlət Statistika Komitəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük və sərnişin daşımaları haqqında hesabat yayıb. Transparency.az xəbər verir ki, hesabata görə, 2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10956,1 milyon ton-kilometr olub.

Yüklərin 30,65 milyon tonu və ya 58,7 faizi avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7 faizi dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalardır (müvafiq olaraq 22 faiz və 34,8 faiz). Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 faizini və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil edib.

İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 6628,5 milyon sərnişin-kilometr olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8 faiz, sərnişin dövriyyəsi isə 7,5 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

Həm dollar ucuzlaşıb, həm avro


16.02.2016

dollar_avro_001Mərkəzi Bank fevralın 16-da ABŞ dollarını ucuzlaşdırıb. Rəsmi kursla 100 dollar 156 manat 79 qəpiyədir. Ötən gün dollar 157 manat 11 qəpiyə təklif olunub.

Transparency.az-ın məlumatına görə, avronun da rəsmi məzənnəsi manatın xeyrinə dəyişib. Fevralın 15-i ilə müqayisədə 100 avro 176 manat 31 qəpikdən 174 manat 88 qəpiyə düşüb.


Prezident yeni İnzibati Xətalar Məcəlləsini təsdiqləyib


16.02.2016

prezident-ferman
Prezident İlham Əliyev yeni İnzibati Xətalar Məcəlləsini təsdiqləyən qanun imzalayıb. Qanuna əsasən, indiki İnzibati Xətalar Məcəlləsi martın 1-dən ləğv olunur. Digər qanunlar və normativ hüquqi aktlar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə tətbiq ediləcək.

İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti üç ay müddətində qanunların və prezident aktlarının yeni martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə (Yeni məcəllə) uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamalı, öz normativ hüquqi aktlarında isə müvafiq dəyişikliklər etməlidir. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının layihəsi də həmin müddətdə prezidentə təqdim olunmalıdır.


Neftin 16 fevral qiymətləri


16.02.2016

neft 1Fevralın 16-da “AzəriLayt” markalı neftin bir barreli 0,94 dollar bahalaşaraq 34,08 dollar olub. Xəbəri AZƏRTAC yayıb.

Dünya birjalarında da neftin qiyməti qalxıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar yüksələrək 30,74 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar artaraq 34,80 dollara satılır.

Transparency.az bildirir ki, Azərbaycanın 2016-cı il büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. Hazırda dövlət büdcəsində dürüstləşmə aparılır və neftin baza qiyməti 25 dollardan hesablanacaq.

Dövlət başçısından çempionat sərəncamları


16.02.2016

kubok 1Dövlət başçısı İlham Əliyev 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Çempionat bu il mayın 1-dən 25-dək keçiriləcək. Sərəncama əsasən, Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- AFFA-nın rəsmi dəvət məktubu;

- UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

- Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Viza almaq üçün müraciət müddətləri belə müəyyən edilib:

- AFFA-nın rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər — 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

- Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri — 2016-cı il aprelin 20-dən mayın 25-dək;

- UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər — 2016-cı il mayın 1-dən 25-dək.

Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyinə təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Başqa qurumlar (Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları üzrə Dövlət Agentliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu) fəaliyyət istiqamətlərinə uyğun tapşırıqlar alıblar.


Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin