Xəbər bülleteni №23


Ekoloji pozuntulara görə hüquq mühafizə orqanlarına 16, məhkəmələrə 6 iş göndərilib



Yüklə 464,64 Kb.
səhifə21/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   15   16   17   18   19   20   21   22   23

Ekoloji pozuntulara görə hüquq mühafizə orqanlarına 16, məhkəmələrə 6 iş göndərilib


18.02.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Transparency.az rəsmi hesabata əsasən bildirir ki, fevralın birinci yarısında aparılan araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının atılması sahəsində qanun pozuntularına görə 71 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 12 müddətli məcburi göstəriş verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, ümumilikdə 26 iş üzrə 30 min 770 manat məbləğində inzibati cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 372 min 61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 342 iş üzrə 36488,67 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 16, icra qurumlarına 3, məhkəmələrə isə 6 iş göndərilib.

Vəsatətlər təmin olunmadı


18.02.2016

rauf mirqedirov 11Fevralın 18-i Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun şikayəti üzrə proses başlayıb. APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, bəzi sübutların cinayət işinin materiallarından çıxarılması ilə bağlı vəsatətlər qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsi Rauf Mirqədirovu 6 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə təqsirli bilinib. İttihama görə, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.

Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb. 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

2014-cü ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.


Rusiyada əhalinin real gəlirləri azalıb


18.02.2016

rusiya 2Bu ilin yanvar ayında Rusiyada əhalinin real gəlirləri (icbari ödənişlər nəzərə alınmadan hesablanır) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz azalıb. Transparency.az xəbər verir ki, Federal Statistika Xidməti fevralın 18-də belə hesabat yayıb.

2015-ci ilin dekabr ayı ilə müqayisədə isə rusiyalıların real gəlirləri 52,2 faiz aşağı düşüb.

Rəsmi açıqlamada qeyd olunur ki, 2016-cı ilin yanvar ayında Rusiyada orta aylıq əməkhaqqı ötən ilin ilk ayı ilə müqayisədə 3,1 faiz artaraq 32 min 122 rubl (668 manatdan bir qədər çox) olub.

Ukraynada hakim koalisiya dağılır


18.02.2016

rada 1
Fevralın 18-də Samopomoş Partiyası Ukrayna hakim koalisiyasından çıxdığını bəyan edib. Bununla da koalisiya Ukrayna parlamentində çoxluğu itirib.

Ölkə konstitusiyasına görə, 450 yerlik parlamentdə hökumət qurmaq üçün 226 mandat gərəkdir.

Ukraynada parlament koalisiyasını 2014-cü ildə beş fraksiya yaradıb. Pyotr Poroşenko blokunun 136, Xalq Cəbhəsinin 81, Samopomoş Partiyasının 26, Batkivşina blokunun 19, Radikal Partiyanın 21 mandatı olub.

Radikal Partiya koalisiyanı 2015-ci ilin sentyabrında tərk edib. Bu il fevralın 17-də Batkivşina da koalisiyadan çıxdığını bəyan edib. Samopomoş Partiyasının gedişindən sonra hakim koalisiyanın deputatlarının sayı 217-yə düşür.

Novator.az-ın məlumatına görə, baş nazir Arseni Yatsenyuk Samopomoş Partiyasının koalisiyadan çıxmasına təəssüfləndiyini bildirib və qeyd edib ki, ölkənin xaosa, qeyri-sabitliyə sürüklənməsinə yol verilməyəcək. O, prezident Pyotr Poroşenkoya, hakim koalisiyaya və bütün demokratik qüvvələrə müraciət edərək ölkənin parçalanmasına yol açan ssenarinin təkrarlanmaması üçün səy göstərməyə çağırıb.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.


Manat bahalaşıb


19.02.2016

valyuta 1Fevralın 19-da Mərkəzi Bank 100 dollara 156 manat 35 qəpik qiymət qoyub. Ötən gün rəsmi məzənnə 156 manat 44 qəpik idi.

Transparency.az xəbər verir ki, avro da dəyər itirib. Fevralın 18-də 100 avro 174 manat 24 qəpiyə təklif olunub, bu gün rəsmi kurs 173 manat 95 qəpikdir.

100 Rusiya rublu isə ötən günlə müqayisədə 4 qəpik ucuzlaşıb və 2 manat 4 qəpiyə satılır.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Mərkəzi Bank və Dövlət Neft Fondu bu il manatın kursunu qorumağa 1 milyard 215 milyon 534 min ABŞ dolları sərf ediblər.


Gəncə Dövlət Filarmoniyasının tikintisi: işlər nə yerdədir?


19.02.2016

gence filarmoniyasi 1
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sərəncamla tikintinin davamı üçün 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılır.

İlham Əliyev fevralın 17-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub. 2012-ci il yanvarın 21-də təməli qoyulmuş obyektdə işlərin əsas hissəsi görülüb. Məlumata görə, tikili qəzalı vəziyyətə düşmüş köhnə filarmoniya binası, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində ucaldılır. Bir hektardan çox ərazidə tikilən altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, o cümlədən 800 kvadratmetrlik yeraltı qaraj tikilir.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin