Dollar 1 manat 56 qəpikdən aşağı düşüb
30.03.2016
Martın 30-da aparıcı xarici valyutalar Azərbaycan manatı qarşısında dəyər itirib. Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5737 manatdan 1,5586 manata, avronun kursu 1,7611 manatdan 1,7608 manata, rublun kursu 0,0229 manatdan 0,0228 manata düşüb.
Mərkəzi Bankın məzənnə cədvəlində (Məzənnələr) bəzi xarici valyutaların, o cümlədən ingilis funt sterlinqinin bahalaşdığı da görünür. 100 ingilis funt sterlinqi hazırda 224 manat 3 qəpiyə təklif olunur.
Dostları ilə paylaş: |