30.03.2016
Dünya birjalarında neft ucuzlaşır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,52 dollar ucuzlaşaraq 38,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 39,31 dollar olub.
AZƏRTAC xəbər verir ki, martın 30-da “AzəriLayt” markalı neftin bir barreli 0,93 dollar ucuzlaşaraq 40,26 dollara təklif olunur.
İngiltərənin “Barclays” bankı xam neftin barrel qiymətinin bu ilin ikinci rübündə 30 dollaradək düşəcəyi qənaətindədir. Bankın həftəlik hesabatında bildirilir ki, ilin ilk rübündə xam neft də daxil olmaqla əmtəə qiymətləri yüksəlib, bu da güclü iqtisadi təməllərə söykənir. Hesabatda investorların ilin ikinci rübündə uzunmüddətli əməliyyatlar əvəzinə daha qısa müddətdə gəlir əldə etməyə çalışacaqları qeyd edilib. Bu əməliyyatların reallaşdırılması nəticəsində əmtəə qiymətlərinin 20-25 faiz arasında azalacağı qeyd edilən hesabatda xam neftin barrel qiymətinin də 30 dollaradək düşəcəyi vurğulanır.
Dostları ilə paylaş: |