Xəbər bülleteni №27



Yüklə 2,57 Mb.
səhifə54/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

Yeni təyinatlar


29.03.2016

Martın 29-da prezident İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun vergilər nazirinin birinci müavini, İlkin Etibar oğlu Vəliyevin isə vergilər nazirinin müavini vəzifələrinə təyin edilməsi haqda sərəncamlar imzalayıb.

Sahir Məmmədxanov buna qədər vergilər nazirinin müavini, İlkin Vəliyev isə Vergilər Nazirliyində idarə rəisi olub.

Sahir Məmmədxanovdan qabaq vergilər nazirinin birinci müavini postunu Natiq Əmirov tutub. Natiq Əmirov bu il yanvarın 25-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Martın 29-da prezident İlham Əliyev Nigar Ramiz qızı Məmmədovanın Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini, İbrahim Əsəd oğlu Alışovun isə sözügedən palatanın baş icraçı direktoru təyin edilməsi barədə də sərəncamlar imzalayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də dövlət başçısının fərmanı ilə yaradılıb. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlıdır.


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin