Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfə azalıb
18.03.2016
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 7 milyard 888 milyon 700 min manatlıq ümumi daxili məhsul istehsal (ÜDM) edilib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır. Transparency.az bildirir ki, Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfədir əvvəlki illə müqayisədə azalaraq mənfi işarə göstərir.
2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artmışdı. 2014-cü ildə ÜDM-də 2,8%, 2013-cü ildə 5,8% artım olmuşdu. 2012-ci ildə 2,2%, 2011-ci ildə 0,1% artım qeydə alınmışdı.
İlham Əliyevin prezidentliyinin ilk ili olan 2003-də ÜDM-in artımı 11,2% təşkil edib. 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.
Transparency.az-ın məlumatına görə, son 20 ilin əvvəlki illərində ümumi daxili məhsulun həcmi belə artıb:
1996-cı il – 1,3%
1997-ci il – 5,8%
1998-ci il – 10%
1999-cü il – 7,4%
2000-ci il – 11,1%
2001-ci il – 9,9%
2002-ci il – 10,6%.
Dostları ilə paylaş: |