Manata sərf olunan valyutanın həcmi 2 milyard dollara çatır
18.03.2016
Martın 18-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondunun məlumatına görə, qurum hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb və 2 banka 34,3 milyon dollar satıb.
Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 224 milyon 476 min dollara çatıb. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən isə 685 milyon 488 min ABŞ dolları alınıb.
İki qurumun manatın sabitliyinə bu il sərf etdiyi xarici valyutanın həcmi 1 milyard 909 milyon 964 min dollardır.
Dostları ilə paylaş: |