Bu il Azərbaycan neftinin qiyməti necə dəyişib?
18.03.2016
Transparency.az Azərbaycan neftinin qiymətinin 2016-cı ildə necə dəyişdiyinə nəzər salıb.
Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 37,64 dollara satılıb. Bu, ötən ilin son günlərində qeydə alınmış qiymətdən (38,23 dollar) aşağı olub. Ardınca ucuzlaşma gedib. Yanvarın 11-də “AzəriLayt”ın bir barreli 34 dollara, yanvarın 15-də 31,54 dollara təklif olunub.
Yanvarın 21-də “AzəriLayt” 28,82 dollara satılıb, ayın 26-da isə qiymət 32,90 dollara qalxıb.
Azərbaycan nefti fevral ayına bir barrel üçün 35,78 dollarla başlayıb. Fevralın 5-də “AzəriLayt” 35,40 dollara, ayın 10-da 32,61dollara, 16-da 34,08 dollara, 22-də 33,26 dollara gedib. Fevral 27-də isə Azərbaycan neftinin qiyməti 37,22 dollara yüksəlib.
Mart ayında qiymətlər belə dəyişib: 4 mart – 37,24 dollar; 10 mart – 41,45 dollar, 18 mart – 42,63 dollar.
Hazırda “AzəriLayt” dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 18 dollaradək yuxarı qiymətə satılır. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.
Düz bir il əvvəl “AzəriLayt” markalı neftin bir barreli London birjasında 54,24 dollara təklif edilib. 2014-cü il martında isə “AzəriLayt”ın bir barreli London birjasında 112 dollardan baha olub.
Dostları ilə paylaş: |