Belarusda pensiya yaşı artırılır
28.03.2016
Belarus hökuməti pensiya yaşını üç il artırır. Novator.az xəbər verir ki, baş nazirin müavini Natalya Koçanova martın 28-də prezident Aleksandr Lukaşenkonun yanında keçirilmiş iclasın nəticələri ilə bağlı açıqlamada belə deyib.
Koçanova pensiya yaşının hər yarım ildən bir artımla 6 il ərzində 3 ilə qədər qaldırılacağını qeyd edib. O bildirib ki, pensiya yaşı qadınlar üçün 58, kişilər üçün 63 olacaq. Baş nazirin müavini tezliklə rəsmiləşəcək hüquqi aktın hökumətə pensiya yaşını gələcəkdə də artırmaq imkanı verəcəyini deyib.
Hazırda Belarusda qadınlar üçün pensiya yaşı 55, kişilər üçün isə 60-dır.
Dostları ilə paylaş: |