Xəbər bülleteni №27


Nazirlər Kabineti qurumlarının sayı 36-ya enib



Yüklə 2,57 Mb.
səhifə27/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

Nazirlər Kabineti qurumlarının sayı 36-ya enib


20.03.2016

Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Prezident İlham Əliyevin 18 mart fərmanında bu, sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə əsaslandırlıb.

Yenilənmiş qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qurumun strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Transparency.az bildirir ki, yenilik Nazirlər Kabinetində qurumların sayını 36-ya endirib. Bu yaxınlarda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda hökumət strukturlarının sayı 37 olmuşdu. Hazırda Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var.


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin