Xəbər bülleteni №27


Məhbus hüquq müdafiəçisinin azadlığa buraxılmasına qərar verildi



Yüklə 2,57 Mb.
səhifə35/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Məhbus hüquq müdafiəçisinin azadlığa buraxılmasına qərar verildi


28.03.2016

Martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulmuşdu.

Plenum İntiqam Əliyevə verilmiş həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib. Məhbus Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay həbs cəzası almışdı. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlamışdı.

53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin