Xəbər bülleteni №27


Qiyməti dövlət qərarı ilə tənzimlənən xidmətlərin siyahısına əlavə olundu



Yüklə 2,57 Mb.
səhifə76/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   69   70   71   72   73   74   75   76   77

Qiyməti dövlət qərarı ilə tənzimlənən xidmətlərin siyahısına əlavə olundu


31.03.2016

Nazirlər Kabineti qiyməti dövlətin qərarı ilə tənzimlənən malların, işlərin, xidmətlərin siyahısına dəyişiklik edib. Transparency.az xəbər verir ki, martın 31-də dərc olunmuş qərarla dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminallarında yükaşırma xidmətləri və dəniz limanında göstərilən digər xidmətlərin, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin qiymətlərini dövlət tənzimləyəcək.

Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir. Onun üzvləri maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfat, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri sədrlərinin müavinləridir.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin