Xəbər bülleteni №28



Yüklə 495.83 Kb.
səhifə4/5
tarix23.12.2016
ölçüsü495.83 Kb.
1   2   3   4   5
Birinci sənəd 2008-ci il noyabrın 2-də prezidentlərin Moskva görüşündə qəbul edilmiş bəyannamədir. Sənəddə deyilir:

- Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik şəraitində konkret şəkildə və dolğun müzakirə edərək,

1. Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.

2. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədi ilə 2007-ci ilin noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyalar nəzərə alınmaqla, həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətə malik olmasını təsdiq edirlər.

3. Razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir.

4. Qeyd edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə təmasların gedişində davam etdirmək barədə razılığa gəlmişlər və özlərinin xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırmışlar.

5. Münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər.

İkinci sənəd 2010-cu il oktyabrın 27-də reallaşıb. Həmin gün Həştərxanda qəbul edilmiş birgə bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılması nəzərdə tutulub.

Üçüncü sənəd prezidentlərin 2011-ci il martın 5-i Soçidə qəbul etdiyi birgə bəyanatdır.

Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər.

Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən “hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq” barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi vurğulanır.

Bəyanatda deyilir: “Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər”.



Dördüncü sənədi İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyan 2011-ci il iyunun Kazanda qəbul ediblər.

Birgə bəyanatda deyilir: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçirmişlər.

Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə onlara minnətdarlıq bildirmiş və Rusiya Federasiyası prezidentinin razılaşma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirmişlər”.



Beşinci sənədə gəlincə, 2012-ci il yanvarın 23-ü Soçidə birgə bəyanat qəbul edilib.

Prezidentlərin bəyanatında deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.

Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.

Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.

Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.

Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər”.

Mərkəzi Bank dolları bahalaşdırdı

08.04.2016

merkezi bank
Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini 1,5193 manatdan 1,5231 manata yüksəldib.

Transparency.az xəbər verir ki, aprelin 8-də avro ucuzlaşıb. 1 avronun rəsmi kursu 1,7328 manatdan 1,7309 manata düşüb.

Rublun da kursu aşağı doğru dəyişib. 1 Rusiya rublu 0,0224 manata təklif edilir. Aprelin 7-də rəsmi məzənnə 0,0225 manat olub.

Aprelin 8-də həmçinin türk lirəsinin rəsmi məzənnəsi enib. 1 türk lirəsi 0,5335 manata satılır. Ötən gün kurs 0,5354 manat idi.

Ermənistan prezidenti Rusiya baş nazirinə gileylənib

08.04.2016



yerevan - gorush 1
Yerevana səfər edən Rusiya baş naziri Dmitri Medvedyev aprelin 7-də Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gəlib.

Transparency.az xəbər verir ki, Serj Sərkisyan görüşdə Dmitri Medvedyevə iki gileyini çatdırıb. Öncə o, Avrasiya İqtisadi İttifaqı ölkələri hökumət başçılarının Yerevan toplantısının təxirə salınmasından narazı qaldığını deyib.

Sammit Avrasiya İqtisadi İttifaqına daxil olan Qazaxıstanın təşəbbüsü ilə təxirə düşüb və aprelin 8-i Yerevanda deyil, aprelin 13-ü Moskvada keçiriləcək. Qazaxıstan Yerevanda sammitin keçirilməsini Dağlıq Qarabağ münaqişəsinin alovlanması fonunda Ermənistana dəstək kimi yozulacağını əsas gətirib.

Dmitri Medvedyevlə bu mövzuda danışan Serj Sərkisyan Yerevan toplantısının təxirə salınmasına heç bir əsas olmadığını vurğulayıb: “Mən təəssüf edirəm ki, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşlarımız əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakdan imtina etdilər. Onların bu addımla Azərbaycana nə qədər kömək etdiklərini deyə bilmərəm, amma təşkilatımızın nüfuzunu sarsıtdıqları şübhəsizdir”.

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Dmitri Medvedyevlə söhbətində Serj Sərkisyan eyni zamanda Dağlıq Qarabağ bölgəsində yaranmış son gərginlik zamanı Azərbaycanın Rusiya istehsalı olan müasir silahlar tətbiq etməsinin erməniləri üzdüyünü qeyd edib.

Dünya bazarında neftin qiyməti

08.04.2016



neft 1Aprelin 8-i dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,41 dollar bahalaşaraq 38,03 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 40,03 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,50 dollar ucuzlaşaraq 39,53 dollara satılır.

MSK üzvlərinin seçiləcəyi gün bəlli oldu

08.04.2016

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, gündəliyə 8 məsələ daxil edilib. İclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq. Gündəlikdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair sazişin təsdiqi, “Sosial sığorta haqqında” qanun layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, “Psixiatriya yardımı haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər durur.

msk yeniMərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərin seçilməsi də nəzərdə tutulur.

Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını diktə edir. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Transparency.az bildirir ki, 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində çoxluğu Yeni Azərbaycan Partiyası qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 41-i partiyasızdır.

Milli Məclisə düşən azlıq partiyalarından Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat alıb. Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar. Bu o deməkdir ki, MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək.

Dövlət Neft Fondu 17 ildə 118 milyard dollardan çox vəsait əldə edib

08.04.2016



dnf
Dövlət Neft Fondunun məlumatına görə, 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindən 118 milyard 146 milyon ABŞ dolları qazanıb.

Fond bildirir ki, bu ilin yanvar-mart aylarında AÇG layihəsi çərçivəsində quruma 1 milyard 137 milyon dollar vəsait daxil olub.

Bu il yanvarın 1-nə ARDNF-nin aktivləri 33 milyard 574,1 milyon ABŞ dolları təşkil edib.

Müdafiə nazirinin sabiq müavininə 10 il iş istədilər

08.04.2016

mehman selimov 1Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun işi üzrə proses başa çatır.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Mehman Səlimovun işini Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə araşdırıb.

APA-nın məlumatına görə, aprelin 8-i Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Mehman Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənin vəkili məhkəmə tərkibinə etiraz vəsatəti verib. O bildirib ki, proses zamanı verilən vəsatətlərin heç biri təmin edilməyib, Mehman Səlimovun hüquqları pozulub. Vəsatətlər baxılmamış saxlanıb, məhkəmə istintaqının tamamlandığı elan olunub. Proses aprelin 15-də davam edəcək.

İlham Əliyev beynəlxalq sərgilərə baş çəkib

08.04.2016

Aprelin 8-də prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “AİTF-2016” XV Azərbaycan beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz beynəlxalq mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AİTF” sərgisi bu il 15-ci yubileyini qeyd edir. Sərgiyə turizmin müxtəlif istiqamətlərini təqdim edən 200-dən artıq şirkət qatılıb. Belarus, Çexiya, Gürcüstan, Dominikan, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Monteneqro, Rusiya Federasiyasının Stavropol vilayəti, Tailand, Türkiyə və Yurmala sərgidə pavilyonlarla çıxış edirlər. Sərgidə ABŞ, İordaniya, İsveçrə, İtaliya, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Ukrayna, Yunanıstan və digər dövlətlərdən şirkətlər fərdi stendlərlə təmsil olunur.

AZƏRTAC-ın məlumatına görə, “AİTF-2016” sərgisində Azərbaycanın turizm potensialını Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar nümayiş etdirir. Sərgidə Qarabağ stendi də təqdim olunur.

sergi 1

İslandiyada yeni baş nazir

08.04.2016

sigurdur ingi johannsson, minister of fisheries and agriculture, speaks in reykjavikİslandiyanın balıqçılıq və kənd təsərrüfatı naziri Siqurdur İnqi Yohannsson baş nazir postuna gətirilib. Novator.az xəbər verir ki, bunu mediaya Yohannssonun özü açıqlayıb.

İslandiyanın əvvəlki hökumət başçısı Siqmyundur Gyunnleyqsson “Panama sənədləri” ilə əlaqədar istefaya gedib.

Bu yaxınlarda dünyanın ən qapalı şirkətlərindən olan Panamanın “Mossack Fonseca” hüquq firmasından 11 milyon sənəd Britaniya mediasına sızıb. Britaniya mediası həmin sənədləri təhlil edərək “Panama sənədləri” adı altında geniş bir araşdırma materialı dərc edib. Sənədlər göstərir ki, “Mossack Fonseca” firması çirkli pulları yumaq, sanksiyalardan yan keçmək və vergidən yayınmaq istəyən xeyli müştəriyə xidmət edirmiş. Firmanın belə müştəriləri arasında ictimai-siyasi şəxslər, ö cümlədən 72 hazırkı və keçmiş dövlət başçısı da var. Onlardan biri də Gyunnleyqssondur.

“Panama sənədləri”nə görə, Gyunnleyqsson 2007-ci ildə xanımı ilə birlikdə Britaniyanın Virciniya adalarında “Wintris İnc.” ofşor şirkətini təsis edib. Şirkət şəxsi məqsədlərlə yaradılıb.

Baş nazir postuna təyin olunmuş Yohannsson deyib ki, yeni vəzifə yaxşı imkandır, amma bu imkan qəribə vəziyyətdə yaranıb: “Baş nazir kimi mənim üçün siyasətdə və siyasətçilər arasında etimadı qazanmaq vacibdir”.

Manata gedən dolların həcmi 2 milyardı ötdü

08.04.2016

manat - dollar 01Aprelin 8-də Azərbaycan Mərkəzi Bankının hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca çıxardığı 50 milyon ABŞ dolları məbləğində vəsaiti 20 banka satıb.

Transparency.az-ın məlumatına görə, beləliklə, Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 354 milyon 326 min dollar olub. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb. İki qurumun birgə xərci 2 milyard 39 milyon 814 min dollara çatıb.

60 sahibkara 5,4 milyon manat güzəştli kredit verildi

08.04.2016



forum
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) aprelin 8-i Beyləqan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Yüz iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizinədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb. O bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 324 sahibkara 39,8 milyon manat güzəştli kredit verilib, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 600-ə yaxın yeni iş yeri açılmasına imkan yaradır.

AZƏRTAC-ın məlumatına görə, işgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 60 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib.

Şəhidlik statusu

08.04.2016

esgerler_shehid defninde 1Azərbaycan ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə yeni şəhidlər verib. Qanunvericilik şəhidlik statusunu necə tənzimləyir?

Transparency.az bildirir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar (bu məktəbləri bitirənədək və ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şahid ailəsinin üzvləri hesab edilir.

Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə dövlət qəbirüstü abidələr, xatirə kompleksləri yaradır, şəhid adları küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilir.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası, valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək aylıq müavinət təyin olunur.

İşçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda şəhid ailəsi üzvlərinə üstünlük verilir.

Şahidin ailə üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu cür müavinət həkim reseptləri üzrə dərman almaq üçün də müəyyən olunub.

Şəhid ailəsinin üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə də təmin edilirlər. Eyni zamanda onlar dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Transparency.az bildirir ki, 2016-cı il fevralın 1-dən şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 220 manat müəyyən edilib.

Medvedyevlə görüşlər olub

08.04.2016

Aprelin 8-də prezident İlham Əliyev Bakıya rəsmi səfərə gələn Rusiya hökumətinin sədri Dmitri Medvedyevlə məhdud tərkibdə görüşüb. Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşlərin ardınca İlham Əliyev və Dmitri Medvedyev mətbuata bəyanatlarla çıxış ediblər.



gorush - baki

Ekspert: “Hökumətin yanaşması qətiyyən adekvat deyil”

08.04.2016

rovshen_agayevİqtisadçı ekspert Rövşən Ağayev Dünya Bankının “Qlobal iqtisadi prospektlər” adlı hesabatından bəzi məqamları diqqətə çatdırıb. Transparency.az-ın məlumatına görə, ekspert açıqlanan proqnozlara əsasən yazır ki, bu il Azərbaycan ən zəif iqtisadi artım müşahidə edilən ölkələr arasındadır: “2016-cı ildə keçmiş SSRİ məkanından Belarus və Rusiyada iqtisadi geriləmə gözlənir: 0,5 və 0,7%. Yerdə qalan ölkələr arasında ən zəif iqtisadi artım Moldova (0,5%) və Azərbaycan (0,8%) üçün proqnoz edilib.

Dünya Bankı 2016-cı il üçün Türkmənistanda 8,9%, Özbəkistanda 7,5% Tacikistanda 4,8%, Qırğızıstanda 4,2%, Gürcüstanda 3%, Ermənistanda 2,2%, Qazaxıstanda 1,1%, Ukraynada 1% iqtisadi artım gözləyir.

Ən pisi odur ki, gələn il üçün də Azərbaycan digər region ölkələri ilə müqayisədə ən zəif iqtisadi artımın gözləndiyi ölkələr sırasındadır. Bankın ekspertləri 2016-cı ildə neftin orta illik qiymətinin ötən ilə nisbətən 8,5% azalacağını gözləyir. Ötən il isə “Brent” markalı neftin orta illik qiyməti 49 dollar olub. Ekspertlər 2017-2018-ci illərdə neftin qiymətində sıçrayışlı artım gözləmirlər: hər il təxminən 7%. Hökumətin real sektorun dirçəldilməsi ilə bağlı planları və yanaşması isə iqtisadiyyatı gözləyən situasiyaya qətiyyən adekvat deyil”.

Vergi yoxlamasından şikayətçi olan sahibkarın işi daha da ağırlaşdı

08.04.2016

vn - yeni 01Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası “Everest.TT” MMC-nin muzdlu işlə əlaqədar kameral qaydada hesablanmış gəlir vergisi haqqında şikayətinə baxıb. Rəsmi məlumata görə, cəmiyyətin direktoru Elçin Babayev 6 saylı Ərazi Vergilər İdarəsinin 2014-cü ilin 2-ci rübü üçün kameral qaydada hesabladığı əlavə vergi ilə razılaşmadığını bildirib və onun silinməsini xahiş edib.

Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, vergi ödəyicisi təmir-tikinti fəaliyyəti ilə məşğul olur və 2014-cü ilin 2-ci rübü üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar verginin hesablanması bölməsində rübün hər ayında 1 işçi üzrə 150 manat aylıq əməkhaqqı ödənildiyini göstərib və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan 1,96 manat məbləğində vergi hesablayıb. Bu səbəbdən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilib və yaranmış kənarlaşma ilə bağlı müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamənin və ya əsaslandırılmış izahat məktubunun təqdim edilməsi təklif olunub.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə