§22. Yerin maqnit sahəsi
downloaded from KitabYurdu.org
89
Süxurların maqnit sahəsinə malik olmasından hələ çox qədim
zamanlarda Çində insanlar öz məqsədləri üçün istifadə edirdilər. Bu,
bizim eradan əvvəl VII—X əsrə təsadüf edir. Avropada isə
maqnitlənmiş dəmir çubuğun şimal və cənub qütbə malik olması XII
əsrdə aşkar olmuşdur. 1558-ci ildə Q.Pereqrin Almaniyada maqnit
haqda məktub kitabını çapdan buraxdırdı. Birinci olaraq təklif etdi ki,
maqnitlənmiş çubuğun şimal qütbə tərəf yönələn ucunu Yerin şimal
qütbü, cənub tərəfə yönələn ucunu isə Yerin cənub qütbü
adlandırsınlar. Eyni zamanda kompası təkmilləşdirdi, bu isə əsrin ən
vacib ixtiralarından biri oldu.
Əvvəllər belə hesab edirdilər ki, kompasın əqrəbini şimala
yönəldən Qütb ulduzunun cazibə qüvvəsidir. Sonralar məlum oldu
ki, Yer kürəsinin bir çox hissəsində kompasın əqrəbi bu istiqamətdən
ya şərqə, ya da qərbə doğru yerini dəyişir. Bundan başqa Avropada
ikinci bir vacib kəşf olundu. Cavanlıqda mexanik işləmiş Qartman
1544-cu ildə Nyurinberqdə məlumat verdi ki, kompasın əqrəbinin
şimal qütbü aşağı basılır. Bundan asılı olmayaraq 1576-cı ildə ingilis
dənizçisi kompas ustası Norman eyni hadisəni müşahidə edərək
Yerin cənub qütbündə kompasın əqrəbinin cənub qütbünun aşağıya
basılmasını aşkar etmişdir. Bununla əlaqədar olaraq aşkar edildi ki,
kompasın əqrəbinə maqnit sahəsi təsir edir, bu isə Yerin daxilində
gizlənir.
Bu kəşflərdən sovra İngilis Krallığının həkimi Qilbert 1600-
cu ildə «maqnit, maqnit cisimi», «Yer böyük maqnit kimi» kitabını
çapdan buraxdı. Qilbert təcrübi olaraq göstərdi ki, formasından asılı
olmayaraq süni yaxud təbii maqnit həm şimal, həm də cənub qütbünə
malikdir. Bu qütblər təklikdə mövcud ola bilməz. Qilbert bela hesab
edirdi ki, Yerin maqnit qütbü coğrafi qütblə üst-üstə düşür, lakin bu
təsdiq edilmədi. Maqnit qütbü coğrafi qütbdən fərqlənir. Sonralar
aşkar oldu ki, maqnit qütbü coğrafi qütb ətrafında yerini dəyişir.
Məlum oldu ki, maqnit sahəsinin çevrəsinin sərhədi mürəkkəb
formaya malikdir. Nəhəng meduzanı xatırladır, başı maqnit qüvvə
xətlərinin sıxlaşdığı hissəsinə uyğun gəlir və Günəşə tərəf
downloaded from KitabYurdu.org
90
yönəlmişdir, quyruğu isə çox uzanmış maqnit qüvvə xətlərinin
Günəş tərəfdən əsən küləyin hesabına əmələ gəlmişdir (şəkil 29).
Şəkil
29. Maqnit sahəsinin təsir dairəsinin təsviri.
Maqnit sahəsinin çevrəsi yerdən çox uzaq məsafələrə yayılır:
Günəşə tərəf bu 60 min km, əks istiqamətdə isə 100 min km-
dən çoxdur.Maqnit sahəsinin quyruğu daha böyük ölçüyə malikdir,
bəzi hallarda Aya qədər çatır. Peyklərdən ölçmə işləri göstərdi ki,
Yerin maqnit sahəsi Yerin özü tərəfindən yaradılır. Yerin maqiit
sahəsinin mənşəyi hal-hazırkı dövrə qədər tam aydın deyildir.
Yer səthində müşahidə olunan maqnit sahəsini üç hissəyə ayırmaq
olar: 1. Daxili sahə, yəni bunu yaradan səbəb Yerin daxilində.
(mərkəzində) yerləşir; 2. Xarici səbəb; 3. Burulğanlı cərəyanlar.
Tədqiqatlar və hesablamalar göstərdi ki, xarici və burulğanlı elektrik
sahələrinin yaratdığı sahələr Yerin mərkəzində gedən proseslər
nəticəsində yaranan maqnit sahəsi ilə müqayisədə çox zəifdirlər, bu
iki sahəni nəzərə almamaq da olar. Demək olar ki, Yerin maqnit
sahəsi Yerin nüvəsində gedən fiziki, kimyəvi və s. proseslərin
hesabına əmələ gəlir. Bir çox nəzəriyyələr mövcuddur ki, bunların
köməyi ilə Yerin nə üçün maqnit sahəsinə malik olduğunu sübut
downloaded from KitabYurdu.org
91
etməyə çalışırlar. Hal-hazırda bu nəzəriyyələr içərisində yeganə
model Hidrodinamo modelidir ki, bunun köməyi ilə Yerin maqnit
sahəsinin olmasını izah etmək olur. Bu nəzəriyyədə kiromaqnit effekt
əsas rol oynayır. Bu effekt ondan ibarətdir ki, hər bir fırlanan cisim
fırlanma oxu boyunca maqnitlənir. Bu sahə çox zəif sahədir. Yerin
maqnit sahəsinin hissəsidir. Bu hipotezin köməyi ilə belə qəbul edilir
ki, çox yuksək tempratura qədər qızmış Yerin nüvəsi fırlanma
nəticəsində kiçik maqnit sahəsində burulğanlı elektrik sahəsi yaradır.
Yaranmış burulğanlı elektrik cərəyanı və nüvədəki maddələrin
yüksək temperatura malik olması həmin maddələri şaquli vəziyyətdə
yuxarı hərəkətə gətirir. Bu hərəkət Yerin maqnit sahəsinin
yaranmasına gətirib çıxarır. Bunu bir qədər ətraflı izah edək.
Seysmik tədqiqatlar göstərir ki, Yerin nüvəsi Yerin həcminin 1/8-ni
təşkil edir, maddələr burada maye şəklində yox, ifrat bərk cisim
formasındadır. Bu maddələr böyük sıxlığa, yüksək elektrik
keçiriciliyinə malikdir. Hesab etmək olar ki, nüvədə həmin metal
fırlanma hərəkətində iştirak edərsə sürtünmə nəticəsində dairəvi
burulğanlı elektrik cərəyanı yaradır. Digər tərəfdən məlumdur ki,
maqnit sahəsində hərəkət edən elektrik keçiriciliyinə malik
hissəciklər induksiya cərəyanı yaradır, beləliklə, bu induksya
cərəyanı əlavə maqnit sahəsi yaradır, bu yaranmış maqnit sahəsi indi
mövcud olan maqnit sahəsini müəyyən edir.
Belə güman edilir ki, nüvədə maye keçirici maddələrin yavaş
konvektiv hərəkəti də baş verir, bu da nüvədə radioaktiv elementlərin
parçalanmasından alınan istiliyin hesabına ola bilər. Bunlardan
başqa, belə fərziyyə də var ki, Yerin daxilində termoelektrik cərəyanı
axır, bunu yaradan səbəb isə Yerin qütblərində və nüvəsində olan
temperaturlar fərqindən irəli gəlir. Bu temperaturlar fərqi elə bil
mantiya ilə nüvə arasında termocüt yaradır.
Yerin maqnit sahəsi kimi sabit maqnitin sahəsi yaxud Yerin
mərkəzində yerləşdirilmiş dipolun iki qütbü mövcuddur ki, buna
Yerin maqnit qütbüləri deyilir. Şimal maqnit qütbü mənfi maqnit-
izmə malikdir. Cənub qütbü isə müsbət maqnitizmə malikdir. Ona
görə də maqnit qüvvə xətləri cənub qütbdən çıxıb şimal qütbə daxil
downloaded from KitabYurdu.org
92
olur. (şəkil 30). Yerin maqnit qütbü dipolun oxu ilə yer səthinin
kəsişdiyi yer qəbul olunub. Müşahidələrlə müəyyən olunub ki,
maqnit qütbü ilə coğrafi qütb üst-üstə düşmür; bu fərq şimal
qütbündə 6°, cənub qütbündə isə 30°-dən çox olur. Əgər Yerin
maqnit sahəsini maqnitlənmiş şara oxşatmış olsaq, maqnit
gərginliyini istənilən müşahidə məntəqəsində riyazi düstürla
aşağıdakı kimi göstərmək olar.
T=
2
3
cos
3
1
Р
М
Harada ki, M yerin maqnit momenti, R isə Yerin mərkəzindən
müşahidə məntəqəsinə qədər olan məsafədir,
Yerin maqnit oxu ilə
məntəqə yerləşən istiqəmət arasındakı bucaqdır.
Şəkil 30.
Yerin müxtəlif nöqtələrində Şəkil 31.Yerin maqnit sahəsnin
T vektorunun istiqaməti elementləri
Yerin maqnit sahəsinin gərginlyi Yer səthində ən böyük qiymətə
qütblərdə malikdir. Bu 65.000 nTl-dır, ekvekvatorda isə 35.000 nTl-
dır. Yer səthindən uzaqlaşdıqca maqnit sahəsinin gərginliyi azalır,
maqnit dairəsinin sərhədində 5 nTl təşkil edir. Yerin süni peykindən
aparılan müşahidələrlə müəyyən olunub ki, Günəşdən və kosmosdan
downloaded from KitabYurdu.org
93
arasıkəsilmədən yerə elektron proton seli axır. Yerin maqnit sahəsi
bu yüklü hissəciklərin qarşısında bir maniyəyə çevrilir, bu hissəciklər
maqnit sahəsinə düşərək oradan çıxa bilmir. Peyk və raketlərdən
alınan məlumatlara görə bu hissəciklər yerin maqnit sahəsi ətrafında
hədsiz böyük sahə yaradır. Bu yüklü hissəciklər maqnit sahəsində
spiralvari maqnit qüvvə xətləri istiqamətində bir qütblə digər qütb
arasında hərəkət edir. Yerin maqnit sahəsində yaranan bu radioaktiv
sahə heç bir təhlükəyə malik deyil, ancaq bu zona peyklər, raketlər
və kosmik gəmilər üçün ciddi maniələr yaradır. Peyk və raketlərlə iki
radioaktiv qütb aşkar edilib, yerdən uzaqlaşdıqca radioaktiv zonanın
intensivliyi əvvəlcə 100 dəfələrlə artır, özünün ən böyük qiymətinə
25000 km məsafədə çatır və sonra isə azalmağa başlayır. Yer
səthidən 10 Yer radiusu məsafəsində (63700km) radioaktivlik sabit
səviyyəyə çatır. Axırda qeyd etmək lazımdır ki, Yerin maqnit
sahəsinin öyrənilməsi və onun nəzəriyyəsinin işlənib hazırlanması
təkcə faydalı qazıntıların axtarışı üçün deyil, bütün bəşəriyət üçün
əhəmiyyət kəsb edir. Çünki Yerin maqnit sahəsi olmasa, kosmosdan
gələn şüaların qabağını almaq mümkün olmazdı, bu da bəşəriyyətin
məhvinə səbəb olardı.
Dostları ilə paylaş: |