VI Fəsil BİRİNCİ HİSSƏ MAQNİT KƏŞFİYYATI MAQNİT AXTARIŞLARININ NƏZƏRİ ƏSASLARI § 21. Əsas anlayış Maqnit kəşfiyyatı üsulu Yerin maqnit sahəsinin və süxurların filiz
yataqlarının maqnit xassəsinin öyrənilməsinə əsaslanmışdır. Maqnit
sahəsi yüklü hissəciklərin qarşılıqlı təsiri zamanı, yaxud naqildən
keçən cərəyanın kompasın əqrəbinə təsiri ilə aşkar olunur.
Maqnit sahəsini təsvir edən əsas vektorial kəmiyyət
maqnit
induksiya vektorudur. Maqnit induksiya vektorunun istiqaməti
sahəyə gətirilmiş kompas əqrəbinin şimal qütbünə təsir edən
qüvvənin istiqamətində yönəlir.
Maqnit induksiyasının ölçü vahidi beynəlxalq vahidlər
sistemində BS tesladır (Tl), çöl ölçmələrində daha kiçik vahiddən
nanotesla, (nTl ) 1 nTl = 10
-9
Tl istifadə olunur, çünki maqnit
induksyası mühitin xassələrindən asılıdır.
İkinci geniş yayılmış, bir çox mühitdə müşahidə olunan maqnit
sahəsini təsvir edən kəmiyyət
maqnit gərginliyidir. Bu kəmiyyət
mühiti dəyişdirmədən (pozmadan) təsirini təsvir edir.
Beynəlxalq ölçü vahidlər sistemi BS –də maqiit gərginliyi
vahidi Amper bölünsün metr (A/m), təcrübədə isə Ersted (E) milli
ersted (mE) və daha kiçik ölçü vahidi qamma istifadə olunur: 1E=
1000 mE=10
5
=10
3
(4
) bu vektorlar
və
vektorları aşağıdakı
asılılıqla bir-biri ilə bağlıdırlar
=
;
mühitin nisbi maqnit nü-
fuzluğudur. Bu ölçü vahidi olmayan kəmiyyət mühitin tərkib və
vəziyyətindən asılıdır,
-nün qiyməti hava və su üçün vahiddir. ünki
çöl işləri həmin mühitlərdə aparılır. BS vahidlər sistemində 1nTl
maqnit induksiyası 1 qamm maqnit sahəsinin gərginliyinə uyğun
gəlir.