§20. Geofiziki sahələrin qrafiki təsviri
Çöl işlərində geofiziki müşahidələrin nəticələri xususi
jurnallara , yaxud da maqnit lentinə yazılır.
Geofiziki sahənin nəticələrinin yazılma forması ölçmə
üsulundan asılıdır. Geofizikanın bütün üsullarında çöl jurnalında
müşahidə məntəqəsinin nömrəsi, ölçülən (təyin olunan) qiymət və
düzəliş üçün bəzi məlumatlar qeyd olunur (zaman, temperatur, hava
məlumatı və s.). Həmin jurnalda tədqiqat aparılan ərazinin həm
geoloji, həm də topoqrafik müşahidələrinin nəticələri qeyd edilir.
Jurnalın birinci səhifəsində partiyanın rəhbərinin, baş geofizikin,
operatorun adı, soyadı, partiyanın ünvanı, ərazinin adı mütləq qeyd
edilməlidir. İşə başlamamışdan qabaq və işdən sonra müşahidənin
downloaded from KitabYurdu.org
85
başlanma və qurtarma tarixi qoyulur. Çöl jurnalı yazılıb qurtardıqdan
sonra partiyanın kameral qrupuna təhvil verilir, onlar da müşa-
hidələrin nəticələrinin təhlilinə başlayırlar. Özləri yazan stansiyaların
nəticələri lent üzərinə yazılır. Ləntlərin üzərinə iş görən idarənin
möhürü vurulur. Bu möhürlərdə ərazinin, yaxud quyunun adı,
tədqiqat aparılan cihazın adı, müşahidə üsulunun xususiyyətləri,
yazıların dərəcələnmə qiyməti və yoxlanılması qeyd edilir. Lentlər
sonra hərtərəfli təhlil üçün partiyanın kameral qrupuna təhvil verilir
və xususi jurnalda qeydiyyatdan keçirilir.
Müşahidələrdən alınan nəticələrdən istifadə edərək materialları
qrafiki olaraq təsvir etməyə başlayırlar. Bütün geofiziki üsullarda
fiziki sahələrin təsvir olunma üsulu eynidir və nəticə etibarı ilə
kəsilişlərin qrafiklər və izoxətlər xəritəsinin qurulmasına gətirib
çıxarır.
1. Fiziki kəmiyyətlərin qiymətlərinin dəyişmə qrafiki müşahidə
məntəqələri boyunca aşağıdakı ardıcıllıqla qurulur. Horizontal ox
uzrə profilin (marşrutun) uzunluğu və onun üzərində planalmanın
miqyasında müşahidə məntəqələri qeyd olunur. Şaquli ox üzərində
müşahidə zamanı hər bir nöqtə üçün ölçülən fiziki sahənin qiymətləri
qoyulur. Alınan nöqtələri ardıcıl olaraq birləşdirirlər. Bu alınan sxem
qrafik adlanır. Şaquli miqyas geofiziki müşahidənin dəqiqliyindən
asılı olaraq seçilir. Geofiziki anomalyanın olduğunu göstərmək üçün
şaquli ox üzərində miqyas elə seçilir ki, orada anomaliyanın seçilmə
effektini azaldan faktorlar zəif təsir etsin. Belə kiçik miqyaslı
dəyişmənin seçilməsi onunla əlaqədardır ki, layların üst qatlarında
süxurların fiziki xassəsi sabit deyil, belə etməklə əyrini sığallamış
oluruq və anomaliyanın geoloji səbəbdən əmələ gəldiyini aşkar
edirik. Belə qrafikin qurulması 28-cu şəkildə verilmişdir.
downloaded from KitabYurdu.org
86
Şəkil
.28
Fiziki sahənin
T izoxət xəritəsi. 1; Kəsilişin müşahidə
məntəqələri (yerə vurulan nömrəli payalar) 2;
T -nin izoxətləri (mənfi,
müsbət və sıfır qiymətlər) n.Tesla-larla.
2. Qrafiklər xəritəsi açıq səthi olan ərazidə aparılan işlərdən alınan
nəticələrdən istifadə etməklə qurulur. Xəritədə bütün marşrutun
(profilin) müşahidə aparılan nöqteləri qeyd edilir. Hər bir profildə
müşahidə məntəqəsi planalmanın miqyasında qeyd edilir. Hər bir
nöqtənin qarşısında ölçülən fiziki sahənin qiyməti yazılır, sonra
həmin nöqtələr bir-biri ilə birləşdirilir və hər bir profil üçün qrafik
alınır.Burada da şaquli miqyas qrafiki qurulduğu kimi seçilir.
Qrafiklər xəritəsi fiziki sahəni bütün ərazidə təsvir edir
(səciyyələndirir). Misal. göstərək qrafiklər xəritəsinin qurulması şəkil
29-da verilmişdir. Xəritədə anomaliya şimal-şərq istiqamətində açıq-
aydın ayrılır. Qrafiklər xəritəsi düzgün tərtib olunmuş sənəddir.
Burada tam şəkildə dəlillər əks olunur. Bunun çatışmayan cəhəti
ondan ibarətdir ki, bu üsul fiziki sahənin yalnız profil boyunca
paylanmasını az çox düzgün təsvir edir ( izah edir), cünki profillər
arasında olan məsafə müşahidə məntəqələri arasındakı məsafədən 5-
10 dəfə böyük olduğulndan mürəkkəb fiziki sahələr qeyd olunan
downloaded from KitabYurdu.org
87
yerlərdə sahənin paylanmasının qanunauyğunluğu aydın görünmür.
3. Açıq (sahəli) ərazilərdə işlər aparıldıqda əlavə olaraq izoxət
xəritəsi düzəldilir (şəkil 5). Bu xəritədə bütün müşahidə məntəqələri
planalmanın miqyasında qeyd edilir. Hər nöqtənin yanında ölçülən
fiziki sahənin qiyməti yazılır. Sonra eyni qiymətli nöqtələri qapalı
xətlərlə birləşdirirlər. İzoxətlər arasındakı məsafə xətadan asılı olaraq
seçilir. Birinci interval xətadan üç dəfə çox olmalıdır. Ölçmələrin
qiyməti böyudukcə intervalın qiyməti də böyuməyə başlayır. Xəritə
qurma 5-ci şəkildə verilib. İşin dəqiqliyi 7-yə bərabərdir. İzoxətti
Zx7-dən az olmamaq dəqiqliyi ilə qurulmalıdır.
Maqnit sahəsinin xəritəsində müsbət qiymətli ərazini göy rəngdə,
mənfi qiymətli ərazini qırmızı rəngdə boyayırlar. Qiymətlərin
böyuməsi ilə rənglər tündləşir. İzoxət xəritəsi açıq sahələrdə
geofiziki sahənin paylanmasını təsvir edir. Qrafik xəritəsindən və
izoxət xəritəsindən istifadə edərək geofiziki təhlil işi aparılır və
sənaye əhəmiyyətli olan anomaliyaları ayırır və həmin rayonda dağ
mədən işləri aparılmasının vacibliyini təsdiq edir.
4.Geoloji-geofiziki kəsiliş ayrı-ayrı profillər üçün qu-
rulur. Kəsiliş boyunca nivelirləmə vasitəsi ilə yer səthinin
relyefi çəkilir və xəritənin miqyasında müşahidə
məntəqələri qeyd olunur.
Kəsilişdə relyefin xəttindən aşağıda quyu şəkli çəkilir və quyu-
da rast gələn süxurların litoloji tərkibi göstərilir və geoloji kəsiliş
qurulur. Relyefin xəttindən yuxarıda müxtəlif fiziki sahələrin
ölçülməsindən alınan qiymətlərə əsasən geofiziki qrafiklər qurulur.
Geofiziki qrafiklə geoloji kəsilişi müqayisə edərək fiziki
parametrlərin anomal qiymətlərinin geoloji hədəfdən asılıığı dəqiq
təyin edilir. Yuxarıda adları çəkilən üsullar geofiziki nəticələri qra-
fiki təsvir etmək üçün geofiziki axtarış işlərində geniş istifadə olunur.
downloaded from KitabYurdu.org
|