106
Şəkil 34. M-27 maqnitometrin prinsipial sxemi.
§29. Maqnitometr M-27
Maqnitometr M-27 Yerin maqnit
sahəsinin şaquli hissəsinin
dəyişməsini
Ə-i ölçən bir cihazdır. Bu, üç blokdan ibarətdir:
maqnitometrin özü, üç ayaq və bussol. Əsas blok maqnitometrdir ki,
burada maqnit sistemi və optika yerləşdirilib.
M-27-nin maqnit sistemi 5 sabit maqnitdən ibarətdir və vikallodan
hazırlanıb (şəkil 34).
1. Maqnit indikatoru güzgü ilə birlikdə üfüqi metal sapla tarım
bağlıdır, öz oxu ətrafında sərbəst fırlana bilir. Müşahidə məntəqə-
sində
maqnit sahəsinin təsirinə
Z -ə mütənasib olaraq müəyyən
bucaq qədər dönür.
Z -in qiymətini təyin etmək üçün bu dönmə
bucağını əvvəlki müvazinətinə qaytarmaq lazımdır.
Bunu etmək
üçün cihazda iki müvazinətləşdirici maqnit nəzərdə tutulub. Rahat
müvazinətə kətirmək üçün olan maqnit 2, maqnit indikatorunun
downloaded from KitabYurdu.org
107
yanında üzərində 600 bölgüsü olan şkalaya 7
tərpənməz
bərkidilmişdir. Bir bölgünun qiyməti E
z
= 10± 0,05 nTl bölgü. Rahat
müvazinətə gətirmə maqnitinin köməyi ilə 6000 nTl maqnit sahəsinə
malik olan sahələrdə ölçülər aparmaq olar.
Pilləli müvazinətə gətirmə, maqniti indikator maqnitin əks
tərəfində yerləşdirilmişdir. Bu maqnit dişli ötürücü vasitəsi 8 ilə mü-
əyən bucaq qədər fırlanır, ona görə də sahə pilləli şkala ilə ölçülür.
Bu maqnit 12 (±6) pillədən ibarətdir. Hər bir pillədə sahə 5000-dən
6000 nTl qədər dəyişir ki, bu ölçmə diapazonunu ± 36000 nTl qədər
genişləndirir.
Temperaturu tənzimləyən maqnit 4, bimetalik lövhəçiyə 9, bərkidilib
bu cihazın temperatur əmsalını nizamlamaq üçündür. Cihazı
yustirovka etmək üçün olan maqnit 5,
temperatur nizamlama maq-
nitin hərəkəti zamanı yaranan sahəni tarazlaşdırmaq üçündür, o,
metal çubuğa 10, bərkidilib.
Metalik sapı qırılmaqdan qorumaq üçün mis stol demfir və tutaçaq
düzəldirilərək cişazın xaricinə çıxarılıb və iki vəziyyətdə dayana
bilir: 1.Maqnit sistemi bağlıdır, cişaz işləmir. 2.
Maqnit sistemi
açıqdır, cihaz işləyir. Rahat müvazinətə gətirmək üçün olan maqniti
12, və pilləli maqnitin 13, dəstəyi cihazın xaricinə çıxarılıb. Maqnit
indikatorunu saxlayan metal sap qulaqcıqlara keçirilir, qulaqcıq
elastiki lövhədən 14, ibarətdir və metal çubuqlara bərkidilib,
çubuqlar isə metal dördyanlı metal dirəkciyə 16, bərkidilib, dirəkcik
isə cihazın əsasına 17, bərkidilib. M-27
maqnitometrinin bütün
hissələri metal maqnitliyə malik olmayan qutunun içərisində
yerləşdirilib 18. Cihazın optik hissəsi onun üstündə iki obyektivdən
19, okulyardan 20, iki prizmadan 21, işıqlandırıcı küzküdən 22, işıq
düşməsi üçün pənçərədən 23, ibarətdir. Çöl jurnalında cihazın
köstərdyi qiymətdən başqa vaxt və havanın temperaturu qeyd olunur.
Cihaz üç ayağın üstünə bərkidilir və onun üzərində öz oxu ətrafında
fırlana bilir. Bir məntəqədən digərinə keçəndə cihaz üç ayağın
üstündən açılmır.
Şkalanın bir bölgüsünün qiyməti və temperatur əmsalı çöl işi
başlayana qədər hamısı təyin olunur.
downloaded from KitabYurdu.org
108
Şaquli sahənin tərkib hissəsinin dəyişməsi aşağıdakı düstür vasitəsilə
təyin edilir:
Z=S(n-n
0
), burada şkalanın
bir bölgüsünün qiyməti, n
müşahidə məntəqəsində ölçülən (təyin olunan) qiymət, n
0
isə nəzarət
məntəqəsində təyin olunan qiymətidir.
Dostları ilə paylaş: