Xələfli A. A


§ 27. Maqnit anomaliyaları ilə geoloji qurumlar arasında əlaqə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   44   45   46   47   48   49   50   51   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 27. Maqnit anomaliyaları ilə geoloji qurumlar arasında əlaqə 
Yer səthinin müxtəlif nöqtələrində maqnit sahəsinin təsiri eyni 
deyildir. Elə ərazilər var ki, orada maqnit sahəsinin təsiri qonşu 
əraziyə nisbətən çoxdur. Belə rayonlar maqnit anomaliya rayonları 
adlanır. Məsələn, bizim respublikada Daşkəsən, Rusiyada Ural dağı 
ərazisində Krivo Roq, Kursk və Odessanın yaxınlığı va Sibirin bir 
çox ərazisi buna misal ola bilər. Maqnit anomalyalarının 
yaranmasında əsas səbəb süxurların içərisində yerləşən, maqnitliyinə 
görə əsas süxurdan fərqli olan geoloji qurumlardır (çisimlərdir və ya 
birləşmələrdir). 
Anomaliyaları əsasən vulkanogen və metamorfikləşmiş sü-
xurlar və dəmir filizi əmələ gətirir. Süxurun tərkibində nə qədər 
ferromaqnit mineralın miqdarı çox olarsa, onun maqnit qavrayıcılığı 

va maqnitliyi I
n
bir o qədər çox olar. Maqnit anomaliyasının qiy-
məti maqnitlənmənin qiyməti ilə aşağıdakı kimi asılılığa malikdir. 
Z=2

I I=I
n
=I

Beləliklə, demək olar ki, süxurun maqnit xassəsinin 
dəyişməsindən asılı olaraq anomaliya üzərində yaranan maqnit 
sahəsinin gərginliyinin qiyməti dəyişir. Çox hallarda vulkanogen 
(bazalt, diabaz) və metamorfik (dəmirli kvars və s.) süxurların 
tərkibində çoxlu miqdarda ferromaqnit minerallar (maqnetit) olur . 
downloaded from KitabYurdu.org


102 
Bələ süxurlar, bir qayda olaraq, maqnit sahəsinin güçlənməsinə 
səbəb olur, yəni maqnit anomaliyası yaradır. Çökmə süxurlar zəif 
maqnitliyə 
malikdir, 
cünki onların tərkibində ferromaqnit 
mineralların miqdarı az olur. Bu süxurlar üzərində yaranan maqnit 
sahəsi normal sahənin qiymətinə bərabər olur (bax §12). Ən böyük 
anomaliyanı 
yaradan 
dəmir 
filizidir. 
Bələliklə, 
maqnit 
anomaliyasının qiymətinə görə ərazidə əmələ gəlan süxur haqda 
məlumat vermək olar. Süxurların maqnitlənmə qabiliyyətinə görə 
böyük müxtəlifliyə malik olması imkan verir ki, maqnit kəşfiyyatı 
üsulunun köməyi ilə müxtəlif maqnit xassəsinə malik olan
süxurların sərhədlərini geoloji planalmada izləmək olsun. Hər hansı 
bir yeraltı qatlarda (laylarda) tektonik pozulmalar böyük maqnitliyə 
malik olan süxurları əhatə edirsə (qalxma və yaxud sürüşmə), bu 
proses özünəməxsus maqnit anomalyası ilə əlaqələnir, bunun köməyi 
ilə qırımın istiqamətini və amplitudasını təyin etmək olur. Qırılmış 
zonalarda damar formada filiz yatağı əmələ gəlir ki, maqnitliyinə 
görə çox yaxşı seçilir, bu isə damarlarda böyük maqnitli mineralların 
toplanması ilə əlaqədardır. Bu hərəit qırılmalarla səciyyələnən 
əraziləri xəritəyə (plan) alanda geniş istifadə olunur ki, bunun 
köməyi ilə həmin zonalarda faydalı qazıntıların axtarışına şərait 
yaradır. Maqnit anomaliyasının əmələ gəlməsində axtarılan hədəfin 
maqnitliyinin mütləq qiyməti yox, mühitin maqnitliyinin intensivliyi 
və axtarılan filizin maqnitlik intensivliyinin təyini həlledici rol 
oynayır. Məlum bir məsələ duz günbəzlərinin aşkar edilməsi və onun 
ölçülərinin sərhədlərinin təyin edilməsi ümumi maqnitlyin artdığı bir 
şəraitdə hədəfin maqnitliyinin azalması bir qanunauyğunluq təşkil 
edir, belə hallarda 

=0 olur. Geofiziklər və geoloqlar maqnit 
xəritələrində maqnit anomalyalarını təhlil edərək süxurların hansı 
dərinlikdə olduğunu, hədəfin formasını, ölçülərini, tərkibini inamla 
təyin edə bilərlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin