§35. Aeromaqnit planalma üsulu Aeromaqnit planalma yerüstü planalmadan cihazların üçan
təyyarədə və vertolyotda profil üzərində həddən artıq sürətlə hərəkəti
ilə fərqlənir. Bununla əlaqədar olaraq maqnit cihazları yer səthindən
uzaqlaşdıqca maqnit sahəsinin gərginliyinin qiyməti azalır, bunun
üçün də təyyarə ilə planalma zamanı təyyarənin eyni hündurlükdən
uçuşunu bütün profil boyu saxlamaq lazımdır. Digər tərəfdən uçuşun
.yüksəkliyi miqyasdan, dəqiqlikdən və ərazinin relyefindən asılıdır
və instruksiyaya görə 25-150 metrə bərabər olmalıdır.
Duzənlik ərazilərdə planalmanın miqyası 1:200.000 və
1:1000.000, uçuşun yüksəkliyi isə 200-250 m-də Yerinə yetirilir.
Bəzi xususi məsələlərin həlli üçün planalma 700-1000 m
yuksəklikdə aparılır.
Adi marşrutları bir-birinə paralel eyni məsafədə geoloji struk-
tura perpendikulyar istiqamətdə seçirlər (26 –cı şəkilə bax).
Aeromaqnit planalma nəzarət məntəqəsinə nisbətən aparılır.
AM planalma qısa olur (10-20 km). Marşrut aerodromun
yaxınlığında maqnit sahəsi sabit olan yerdə, ən yaxşısı su olan
sahənin üzərində seçilir (çay, göl və s.). Hündürlüyə görə marşrutlar
maqnit anomaliyaları təzahür edən rayonlarda aparılır. Eyni
marşurutda müxtəlif hundürlükdə bir neçə dəfə uçuş edilir. Müxtəlif
yüksəklikdən təyin olunan AT-nin qiymətindən istifadə edərək,
geoloji hədəfə qədər olan məsafə təyin edilir. İşin keyfiyyətini
ölçmənin orta kvadratik xətasını təyin etməklə müəyyən edirlər.
downloaded from KitabYurdu.org
116
downloaded from KitabYurdu.org
117
IX fəsil ÇÖL MAQNİT PLANALINMASINDA ÖLÇMƏLƏRİNƏTİCƏLƏRİNİNLABORATORİYAD