119
hədəflərdən və onların maqnit xassələrindən (§15 bax), formasından,
onun ölçülərindən və geoloji hədəfin məkanda yerləşməsindən, eyni
zamanda həndəsi formasından çox asılıdır. Ona görə də anomaliya-
nın formasına görə geoloji hədəfin forması haqda mülahizə yürütmək
olar.
Təhlili iki növə bölmək olar: keyfiyyətcə və kəmiyyətcə.
Keyfiyyətcə təhlil maqnit planalmanın
nəticələrinin bütün
növlərindən istifadə edərək aparılır.
Maqnit planalmanın nəticələrini keyfiyyətcə təhlil etmək
üçün əvvəllər bu rayonda aparılan geoloji və geofiziki tədqiqatların
nəticələri öyrənilir, əlavə olaraq əvvəldən məlum olan ayrı-ayrı
geoloji hədəflərin yerləşdiyi şərait, onun forması, ölçüləri, dərinliyi,
xassələri həmin hədəf uzərində
və
T-nin əyrilərinin forması
nəzərə alınmalıdır.
və
T maqnit anomaliyalarının formasından
istifadə
edərək hər bir anomalqanın mənşəyi, yəni bir yerə toplanmış maq-
nitliyə malik olan kütlənin əmələ gəldiyi şərait, süxurun tərkibi,
hədəfin forması, uzanma istiqəməti, ölçüləri,
yerləşdiyi dərinlik və
yatım bucağı haqda fərziyyələr söyləmək olar və geoloji mənşəyi
haqda nəticələr çıxarmaq olar. Bir neçə növ görünüşlü əyrilərii
keyfiyyətcə təhlilinə baxaq. İzometrik maqnit anomaliyası haqda de-
mək olar ki, anomaliyanın hər iki tərəfi eyni ölçülərə malikdir. Bu
qiymətlər ola bilsin eyni qiymətli, yaxud da az fərqli əks işarəli
qiymətə malik olsun.
Əgər anomaliya izometrikdirsə, bir istiqamətli
qiymətə malikdirsə bu ya silindrə, yaxud da sütuna bənzər yatağa
uyğun gəlir (şəkil 39a). Əgər anomaliyanın hər iki qanadı mənfi (əks)
sahə istiqamətinə doğru gedirsə,
bu göstərir ki, anomaliya yaradan
kütlə bir qədər dərinlikdə yerləşmişdir (şəkil 39b). Uzun anomaliya
odur ki, onun ölçüləri dörd dəfə biri o biqindən fərqli olsun, yəni
anomaliyanın uzunluğu enindən dörd dəfə uzun olsun (şəkil 39v).
Belə anomaliyaları elə geoloji kütlələr əmələ gətirir ki, onun uzanma
istiqamətində ölçüsü enindən qat-qat çox olsun. Buna müxtəlif
uzunluqlu qalın yaxud nazik laylar misal ola bilər (damarlar,
daykalar və linzalar).
downloaded from KitabYurdu.org
120
Şəkil
39.
Müxtəlif formalı müxtəlif bucaq altında.yerləşən kütlələrin
üzərində maqnit sahəsi. a- şaquli dirək yaxud silindr formalı.
b-kütlə çox
dərində deyil; v-lay sərt bucaq altında yatır; q-lay maili yatır.
Uzunsov anomaliyaların
və
T -si bir qiymətli yaxud az qiymət-
li, əks işarəli ola bilər. Uzunsov anomaliyalar eyni qiymətlidirsə, bu
onu göstərir ki, kütlənin alt hissəsi məhdudlaşmamışdır (şəkil 39v).
anomaliyalar çüzi əks istiqamətli sahələrə malikdirsə, bu lay
yerləşdiyi dərinliyə görə məhdudiyyətlik təşkil edir.
və
T əyrilərinin, qanadlarının simmetriyasının
xarakterinə görə
hədəfin yatım bucağına malik olması güman olunur. Əgər əyrin
qanadları simmetrikdirsə (şəkil 39 a,b,v bax), belə halda kütlə
birdən-birə kəskin aşağı düşür, əgər əyrinin qanadları simmetrik
deyilsə, onda kütlə üfüqə meylli düşür (şəkil 39q), yəni kütlə əyrinin
meyilli qanadı istiqmətində düşür.
və
T əyrilərinin qanadlarının dikliyinə görə kütlənin
nisbətən hansı dərinlikdə olduğu haqda fikir söyləmək olar.
Çox dərində yerləşəməyn kütlə üzərində çox aydın
aşkar
anomaliya müşahidə olunur və əyri çox iti maksimuma malik olur.
Çox dərində yerləşən hədəf isə yer səthində geniş anomaliya əyrisi
yaradır (qanadlar meyllidir).
downloaded from KitabYurdu.org