Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə37/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   33   34   35   36   37   38   39   40   ...   65
Xeste Qasım

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
169
Qoşma-deyişmələr 
 

 
Ləzgi Əhmədlə Xəstə Qasımın  
birinci deyişməsi 
 
Ləzgi Əhməd: 
 
Səndən xəbər alım, ay Dədə Qasım, 
O nədir ki, dürlü-dürlü halı var? 
Nədən xəlq olundu ərşin arğacı? 
O nədir ki, toxunmamış xalı var? 
 
 
Xəst Qasım: 
 
Sənə cavab verim, ay Ləzgi Əhməd, 
Bahardır ki, dürlü-dürlü halı var. 
Nurdan xəlq olundu ərşin arğacı, 
O buluddur, toxunmamış xalı var. 
 
 
Ləzgi Əhməd: 
 
O nədir ki, dayanıbdır dayaqsız? 
O nədir ki, boyanıbdır boyaqsız? 


 
170
O nədir ki, doğar əlsiz-ayaqsız? 
Üç ay keçər, ayağı var, əli var? 
 
Xəstə Qasım: 
 
Göy bir çadır, dayanıbdır dayaqsız, 
Ayla gündür, boyanıbdır boyaqsız, 
Qurbağadır doğar, əlsiz-ayaqsız, 
Üç ay keçər, ayağı var, əli var. 
 
Ləzgi Əhməd: 
 
Ləzgi Əhməd deyər, gələr dalalar, 
Nə qumaşdır, satan olmaz alalar? 
O nədir ki, dimdiyindən balalar? 
O nədir ki, qanadında xalı var? 
 
Xəstə Qasım: 
 
Xəstə Qasım deyər, yaşdır dalalar, 
O ağıldır, satan olmaz alalar. 
O buğdadır, dimdiyindən balalar, 
Kəpənəkdir qanadında xalı var.  
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin