Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   35   36   37   38   39   40   41   42   ...   65
Xeste Qasım

       III deyişmə 
 
Ləzgi Əhməd: 
 
Səndən xəbər alım, ay Dədə Qasım, 
Kim xəta eylədi, qaldı üstə suç? 
Kim kimə buyurub, kimdən gətirdi? 
Neçə yaşındaydı qurban gələn qoç? 
 
 
Xəstə Qasım: 
 
Sənə cavab verim, ay Ləzgi Əhməd, 
Qabil xəta etdi, qaldı üstə suç. 
Cəbrayıldı İsmayıla gətirdi, 
Yetmiş yaşındaydı qurban gələn qoç. 
 
 
Ləzgi Əhməd: 
 
Nə quşdu, ildə bir yumurta salar? 
Onun yumurtası qar üstə qalar? 
Hansı ölən zaman, hansı sağalar? 
Ona kimlər deyər, dur, buradan uç? 
 
 
 


 
174
Xəstə Qasım: 
 
Simurq quş ildə bir yumurta salar, 
Onun yumurtası qar üstə qalar. 
Ana ölən zaman bala sağalar, 
Cəbrayıl der: ona, dur, buradan uç. 
 
 
Ləzgi Əhməd: 
 
Ləzgi Əhməd, heç vəsfindən doymazlar, 
O nədir ki, götürərlər qoymazlar? 
Kimlərdir ki, məzarı yox, yumazlar? 
Bu nə qonhaqondur, bu nə köçhaköç? 
 
 
Xəstə Qasım: 
 
Xəstə Qasım, heç vəsfindən doymazlar, 
O ölüdür, götürərlər, qoymazlar. 
Atəşpərəstlərin məzarı yox, yumazlar, 
Dünya qonhaqondur, ölüm köçhaköç. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin