188
Sərrafın dəstində nə danə gördüm,
Mürğü dəhanında nə danə gördüm,
Aşıq, nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan tuş oldu,
Axır nadanə gördüm.
Gövhəri verdilər nadanə gördüm,
Bilmədi qiymətin, ay hayıf-hayıf!
Oxudum dərsimi, çıxdım yasinə,
İgid olan ixlas bağlar yasına.
Aşıq deyər: yasına,
Namərd boynun yasına,
Nanəcibə söz demə,
Ya inciyə, ya sına.
Qasım ölər, dostlar gələr yasına,
Eşidənlər deyər: ay hayıf-hayıf!
Dostları ilə paylaş: