Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə46/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   42   43   44   45   46   47   48   49   ...   65
Xeste Qasım

 
 
Kim yetikdir həqiqətin evinə, 
Həqiqətin, mərifətin evinə, 
Aşıq deyər: evinə, 
Xanəsinə, evinə, 
Yağıb qəmlər yağışı, 
Viran könlüm evinə. 
Dolanmayın heç namərdin evinə, 
Gözü çıxar bir qonağı görüncə. 
 
 
                                                 
16
 Görən kimi. 
17
 Gör incə mənasında işlədilmişdir. 


 
186
Kim cahanda aşıq oldu a vara, 
Dolandı dünyanı qaldı avara, 
Aşıq deyər: avara, 
Məcnun gəzər avara, 
Uyma namərd felinə, 
Səni qoyar avara. 
Xəstə Qasım, nə gəzirsən avara, 
Ölüm yeydir bu günləri görüncə. 
 
 
                                 Üzhaüz 
 
Həqiqət bəhrində qəvvasam deyən, 
Qəvvas isən, gir dəryaya üz ha üz. 
Aşıq deyər: üz ha üz, 
Sonam, göldə üz ha üz, 
Qarı düşmən dost olmaz, 
Yalvarasan üz ha üz. 
Bir mərd ilə ilqarını vur başa, 
Namərd ilə kəs ülfəti üz ha üz. 
 
 
Parçalandı gəmim  qaldı dərində, 
Qərq oldu ümmana, qaldı dərində. 
Aşıq deyər: dərində, 
Dayazında, dərində, 
Sidqi, qəlbi düz olan, 
Hərgiz qalmaz dərində. 


 
187
Qismət olsa o mövlanın dərində, 
Üz döşəyək, səcdə qılaq üz ha üz. 
 
 
Xəstə Qasım cananına can deyə, 
Can danışa, can eşidə, can deyə. 
Aşıq deyər: can deyə, 
Vəfalıya can deyə, 
Görmədim hərcayılar, 
Cananına can deyə. 
Yox vəfalım, can deyənə can deyə, 
Bivəfasan çək əlini, üz ha üz. 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin