Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   45   46   47   48   49   50   51   52   ...   65
Xeste Qasım

    Bu səhifədəki naviqasiya:
  • Dünya
 
       Başına dolandığım 
 
Yaxşı olar qohum-qardaş, 
El başına dolandığım. 
Harda görsən yara yalvar, 
Dil, başına dolandığım. 
 
Budur gəldi bahar vaxtı, 
Sinəm oldu yarın taxtı. 
Soyuldu bülbülün raxtı, 
Gül, başına dolandığım. 
 
Qaşların qurar divanı, 
Taxtdan salar Süleymanı. 
 


 
191
Xəstə Qasımın canını, 
Al, başına dolandığım. 
 
 
                  Dünya 
 
Gəl bir səndən xəbər alım, 
Süleymandan qalan dünya. 
Əzəli gül kimi açıb, 
Axırında solan dünya. 
 
De görüm nəyə talibsən? 
Dərsini kimdən alıbsan? 
Neçə min yol boşalıbsan? 
Neçə min yol dolan dünya. 
 
Bu dünya fanidir, fani, 
Bu dünyada qalan hanı? 
Davud oğlu Süleymanı, 
Öz taxtından salan dünya.  
 
Xəstə Qasım qalıb naçar, 
Bu sirri bəs kimlər açar? 
Gələn qonar, qonan köçər, 
Hey salarsan talan dünya. 
 
 


 
192

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin