Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   11   12   13   14   15   16   17   18   ...   65
Xeste Qasım

 
 
                 Divanəsidi 
 
Gecə-gündüz həsrətini çəkirəm, 
Xəyalım xəyalın divanəsidi. 
Məni səndən uzaq saldı seyraqub, 
Bu çərxi- gərdişin zəmanəsidi. 
 
Mina boylu, siyah telli sevdiyim, 
Uzaq durub yaxın sözün dediyim. 
Acı sözün şəkər kimi yediyim, 
Yarım gözəllərin vəfalısıdı. 
 
 İnsaf eylə ay beymürvət, ay zalım, 
 Dolanım başına, dərdini alım. 
 Ala gözlü, şux baxışlı tərlanım, 
 Qasım da gözlərin sədağasıdı. 
 
                   Əlimdə 
 
Üç gündür çıxmışam o Tikmədaşdan, 
Qapına gəlmişəm canım əlimdə. 
Ayağın torpağı, qibləgahımdı, 
Sızıldaram giribanım əlimdə. 


 
141
Şeyda bülbül kimi yaman ağlaram, 
Sinəm başın düyünlərəm, dağlaram. 
Ləzgi
2
 kimi yüz aşığı bağlaram, 
Əgər olsa süxəndanım əlimdə. 
 
Xəstə Qasım, kəsilibdir xitabım, 
Qızılgül tək çəkilibdir gülabım. 
Cədvəlkeş quranım, qızıl kitabım, 
Yoxdur zərli qələmdanım əlimdə. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin