Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   12   13   14   15   16   17   18   19   ...   65
Xeste Qasım

                
Eylər-Eylər  
 
 Elə bir  kişinin tut ətəyindən, 
 Bil, sənə imdadı ol eylər-eylər. 
 Zərrəcə üstündə olsa nəzəri, 
 Yerdən daş götürsən, ləl eylər-eylər. 
 
 Böhtan demə, böhtan tutar adamı, 
 Qul eylər, bazarda satar adamı. 
 Cəhənnəm odundan betər adamı, 
 Yoxsulluq yandırar kül eylər-eylər. 
 
 Aqil insan deməz hər gördüyünü, 
 Daldalar düşməndən vay dərdiyini. 
 
                                                 
2
 Ləzgi Əhməd nəzərdə tutulur. 


 
142
 Görməzsən nakəsin pay verdiyini, 
 Versə də, töhmətin bol eylər-eylər. 
 
 Xəstə Qasım deyər sözün bu başdan,  
 Pay umma qohumdan, yaddan, qardaşdan. 
 Özün əmək çəksən, su çıxar daşdan, 
 Əridər dağları yol eylər-eylər. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin