193
Zərbi elə gəlir başa,
Tikmədaşa yol çıxarır.
Bir fitəsi vardır bezdən,
Durub gəlir səhər tezdən.
Yarı haqqın alıb bizdən,
Yenə acı dil çıxarır.
Ülgücünü çapışdırır,
Suyu tastan qapışdırır.
Kəsir pambıq yapışdırır,
Başımızdan kol çıxarır.
Bu usta necə ustadı?
Həmişə gözü tasdadı.
Xəstə Qasım can üstədi,
Elə bilir pul çıxarır.
Dostları ilə paylaş: