Kimi
Nə baxırsan daldalarda,
Mənə biganələr kimi.
Durum dolanım başına,
Şama pərvanələr kimi.
194
Bağbanlar bəslər meyini,
Dönsün seyraqub löyünü.
Yıxıbsan könlüm öyünü,
Top dəymiş qalalar kimi.
Gəl gedək Çinə, Maçına,
Qurbanam zülfün ucuna,
Al məni qoynun içinə,
İstəkli balalar kimi.
Dost qapısında dustağam,
Tellərinə çox müştağam.
Yar əlindən düyün, dağam,
Dağdakı lalələr kimi.
Xəstə Qasım Tikmədaşlı,
Könül qəmli, gözü yaşlı,
Göldən uçdu yaşıl başlı,
Silkindi sonalar kimi.
Eylərlər
Bu zamanda, ilqar handa,
Aşnaları yad eylərlər.
Yeyərlər nanü-nəməki,
Beş gündə bərbad eylərlər.
195
Yaram sızlar, təbib naşı,
Didəmdən axıdır yaşı.
Yar yolunda verrəm başı,
Bilsəm ki, imdad eylərlər.
Mənim yarım fitnə qaşlı,
Cigərim tüğyan ataşlı,
Dostu qoyub gözü yaşlı,
Düşmənlərin şad eylərlər.
Məcnun kimi divanəni,
Şəm yandırır pərvanəni,
Xəstə Qasım biçarəni,
Öldürübən ad eylərlər.
Dostları ilə paylaş: |